İcra Hakimiyyəti başçısının Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyinin 2022-ci ilin yekunları barədə hesabat iclası keçirildi.
31 yanvar 2023-cü il tarixdə Hacıqabul şəhər Folklor klubunda Rayon İcra Hakimiyyəti başçısının Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyinin 2022-ci ilin yekunları barədə hesabat iclası keçirilmişdir. Hesabat yığıncağında Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon fəalları – ümumilikdə 180 nəfər iştirak etmişdir.
Hacıqabul şəhər İƏD üzrə nümayəndə L.İbrahimova, Kommunal Müəssisələri İdarəsinin müdiri A.Aslanov, 1 saylı MİS-in rəisi T.Səfərov çıxış edərək 2022-ci il ərzində görülmüş işlər barədə hesabat verdi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək ölkə başçısı, müzəffər ali baş komandan cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətdən danışaraq 2022-ci ilin Azərbaycan Respublikası üçün uğurlu olmasından danışdı.