Mənəvi dəyərlərə ehtiram nümunəsi olaraq "Pir Hüseyn Xanəgahı"na ziyarət təşkil edilmişdir
Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Hacıqabul Rayon Polis Şöbəsinin rəisi Anar Xəlilov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin rəisi Faiq Vahabov, eləcə də icra hakimiyyəti aparatının məsul əməkdaşları "Pir Hüseyn Xanəgahı"nı ziyarət etmişlər.
Ziyarət zamanı iştirakçılar ölkəmizin zəngin tarixi-mədəni irsinin qorunması və təbliğinin vacibliyini vurğulamış, dövlət tarix-memarlıq qoruğunun əhəmiyyətindən bəhs etmişlər. Bildirilmişdir ki, bu cür ziyarətlər milli-mədəni dəyərlərin tanıdılması və tarixi irsə marağın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədbir çərçivəsində "Pir Hüseyn Xanəgahı" ərazisi ilə yaxından tanışlıq olmuş, burada aparılan abadlıq və bərpa işləri barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, dövlət tərəfindən tarixi və dini abidələrin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir və bu sahəyə xüsusi diqqət yetirilir.
Sonda ziyarətin əhəmiyyəti bir daha vurğulanmış, tarixi irsimizin qorunması və gələcək nəsillərə çatdırılmasının vacibliyi qeyd edilmişdir.






