Şriftin ölçüsü :

Saytın rəngi :

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Hacıqabul rayonunda vətəndaşları qəbul edib.

24 fevral 2025 | 12:01

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev 24 fevral 2025-ci il tarixdə Hacıqabul rayonunda vətəndaşları qəbul etmişdir. Qəbuldan öncə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev tərəfindən Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək abidə önünə gül dəstələri qoyulmuşdur.

Qəbul zamanı Hacıqabul rayonunun və Şirvan şəhər sakinlərinin müvafiq müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapmış, digər qisminin araşdırılması ilə bağlı müvafiq tapşırıqlar verrilmişdir.

Keçidlər