Rayon İcra Hakimiyyəti başçısının yanında “Məşğulluğa kömək göstərən yerli, Əlaqələndirmə Komitəsi”nin iclası keçirilmişdir.
31 yanvar 2023-cü il tarixində Rayon İcra Hakimiyyəti başçısının yanında Məşğulluğa kömək göstərən yerli, Əlaqələndirmə Komitəsinin növbəti iclası keçirilmişdir. Keçirilən iclasda Əlaqələndirmə Komitəsinin üzvləri, İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin əməkdaşı iştirak etmişdir.
İclasda Məşğulluğa kömək göstərən yerli, Əlaqələndirmə Komitəsi olaraq Hacıqabul rayonu üzrə əmək bazarında yaranmış vəziyyəti təhlil etmək, yerli xüsusiyyətləri nəzərə almaqla məşğulluq probleminin həlli istiqamətində işlər görməsi və müvafiq inzibati ərazi vahidi üzrə əmək bazarının inkişafı, layiqli iş imkanlarının genişləndirilməsi və mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi sahəsində mövcud vəziyyət barədə müzakirələr aparılmışdır.
İclas iştirakçılarının nəzərinə çatdırılmışdır ki, RİH-in nəzdində Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin iclasının əsas məqsədi rayon ərazisində işsizliyin qarşısının alınması, əmək bazarında gərginliyin aradan qaldırılması, bazar iqtisadiyyatı şəraitində dövlət və qeyri-dövlət müəssisələrində işaxtaran və işsiz vətəndaşların ilk növbədə məşğulluq problemlərinin səmərəli həll edilməsidir.