Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Mərkəzi xəstəxanada müalicə alan Vətən müharibəsi şəhidlərinin ailə üzvlərini ziyarət etdi.

13 yanvar 2024 | 16:15

13.01.2024-cü il tarixində Hacıqabul rayon İcra Hakimiyyəti başçısı Rüstəm Xəlilov Hacıqabul rayon Mərkəzi xəstəxanası PHŞ-da müalicə alan Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Vətən Müharibəsinin şəhidləri, Hacıqabul şəhər sakini, Zeynalov Qubad İslam oğlunun ailə üzvü Əli Zeynalovu və “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, medalları ilə təltif olunmuş Tağılı kənd sakini Qasımov Həsən Şöhrət oğlunun atası Şöhrət Qasımovu ziyarət etdi.

Hər iki şəxsin müalicəsinin ilə bağlı Hacıqabul rayon Mərkəzi xəstəxanası PHŞ-nin həkimlərinə tapşırıqlar verildi və nəzarətdə saxlamaq tapşırıldı.

Keçidlər