Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Navahı kənd tam orta məktəbində oldu.

15 oktyabr 2026 | 12:47

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Navahı kənd tam orta məktəbini ziyarət edərək təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olub və dərs prosesində iştirak etdi.

Ziyarət zamanı sinif otaqlarında keçirilən dərslər izlənildi, müəllim və şagirdlərlə söhbət aparıldı, tədrisin keyfiyyəti, şagirdlərin bilik səviyyəsi və təhsil prosesinin təşkili ilə bağlı məsələlərə diqqət yetirildi.

Görüş zamanı vahid məktəbli geyim formasının əhəmiyyəti qeyd edildi. Bildirildi ki, vahid geyim forması şagirdlər arasında bərabərlik və birlik hissinin gücləndirilməsinə, məktəbdə nizam-intizamın qorunmasına və sağlam təhsil mühitinin formalaşmasına xidmət edir.

Sonda tədrisin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin hərtərəfli inkişafı və təhsil müəssisəsində yaradılmış şəraitin daha da yaxşılaşdırılması istiqamətində müvafiq tövsiyələr verildi və müəllim və şagird kollektivinə uğurlar arzulanıldı.

Keçidlər