Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Respublika Fənn Olimpiadasında qızıl medal qazanmış məktəbli ilə görüşdü.

01 iyun 2023 | 10:36

01 iyun  2023-cü il tarixdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Respublika Fənn Olimpiadasında coğrafiya fənni üzrə qızıl medala layiq görülmüş Şirinova Aysel Rasim qızını qəbul edib.

Rayon İcra Hakimiyyətinin başçısı görüşdə çıxış edərək nailiyyət qazanan gənci təbrik etdi. Məktəbliyə gələcək həyatında və təhsilində uğurlar arzulayaraq vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə etdi. Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  təhsilin inkişafını həmişə diqqətdə saxladığını və bu istiqamətdə mühüm tədbirlər həyata keçirdiyini vurğuladı.

Görüşdə olimpiada qalibi və fənn müəllimləri qiymətli hədiyyələr ilə mükafatlandırıldı.

Görüşün sonunda xatirə şəkilləri çəkildi.

Keçidlər