Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailəsini evində ziyarət etmişdir.

19 dekabr 2024 | 14:58

Şəhid ailələrinə qayğı göstərilməsi dövlətimiz və xalqımızın  qarşısında duran müqəddəs və mənəvi vəzifədir. Bu ailələrə ehtiram göstərilməsi, onların məsələlərinin dərhal və ilk növbədə həll olunması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən olunmuş dövlət  siyasətimizin əsas tərkib hissəsidir. Bu qəbildən olan insanların problemləri hər zaman diqqət mərkəzində saxlanılacaqdır. 

Şəhid ailələri, müharibə iştirakçıları və əlilləri, həmçinin onların ailə üzvləri daima Hacıqabul Rayon İcra Hakimiyyəti tərəfindən diqqət və qayğı ilə əhatə olunur. Onların problemləri diqqətlə araşdırılır, ilk növbədə bu problemlərin həll olunması üçün  mühüm tədbirlər görülür.    19 dekabr 2024-cü il tarixində Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, və hüquq mühafizə orqanlarının rəhbər şəxsləri Vətən müharibəsi şəhidi Bağırov Süleyman Kamil oğlunun ailəsinə baş  çəkərək şəhidin yaxınları ilə görüşmüşdür. Görüş zamanı rayon rəhbəri ailənin problemləri ilə maraqlanmış onları narahat edən məsələlərin həlli ilə bağlı müvafiq əməkdaşlara öz tapşırıqlarını vermişdir.  

Şəhid ailəsi üzvləri  onlara göstərilən  diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdilər.

Keçidlər