Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov daha bir neçə “Vətən müharibəsində” və antiterror əməliyyatında şəhid olmuş şəxslərin ailə üzvlərini ziyarət etdi.

25 sentyabr 2024 | 16:58

25.09.2024-cü il tarixdə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və hüquq mühafizə orqanlarının rəhbərləri “Vətən müharibəsində” və antiterror əməliyyatında şəhid olmuş şəxslərin ailə üzvlərini ziyarət etdi.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı “Vətən müharibəsində” şəhid olmuş Məlikov Əhməd Məmməd oğlunun, Qasımov Həsən Şöhrət oğlunun, Ağayev Mənsur Ağa oğlunun, Mirzəyev Məsud Fazil oğlunun, Qasımov Elman Yunis oğlunun, Kərimli Qalası Müslüm oğlunun və 19-20.09.2023-cü il tarixlərində keçirilmiş antiterror əməliyyatında şəhid olmuş İmamaliyev Etibar Hicran oğlunun ailəsi ziyarət edildi.

Görüş iştirakçıları Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu vasitəsilə  həyata keçirdiyi tədbirlər və şəhid ailələrinə göstərdiyi həssas münasibətlə mükəmməl örnək olduğunu bildirdi.

Hacıqabul rayonunda Şəhid ailələri, Qarabağ müharibəsi veteranları və əlilləri ilə vaxtaşırı görüşlər keçirilir, onların arzu və istəkləri dinlənilir. Belə görüşlərin təşkili silsilə xarakter daşıyır.

Keçidlər