Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Hacıqabul rayon Mərkəzi xəstəxanasında müalicə alan şəhid ailələrini və müharibə iştirakçılarını ziyarət etdi.
Rayon İcra Hakimiyyəti başçısı Sevindik Hətəmov Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında müalicə alan və Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Hacıqabul şəhər sakini, vətən müharibəsi şəhidi Abbasov Hüseyn Əlizadə oğlunun anası Bağıyeva Güldanə İsmayıl qızını, şəhid Musayev Çingiz Qəribxan oğlunun bacısı Şahbazova Səadət Qəribxan qızını, Meyniman kənd sakini, Vətən Müharibəsi iştirakçısı, “Şücayətə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş,3-cü qrup əlil Heydərov Tural Xaliq oğlunu həmçinin Hacıqabul şəhər sakini, müharibə iştirakçısı Dəmirov Fariz Səməd oğlunu ziyarət etmişdir.
Görüş zamanı müalicə alan şəxslərin müalicəsinin davam etdirilməsi üçün Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinə müvafiq tapşırıqlar verilmiş və onların səhhətinin nəzarətdə saxlanılması tapşırılmışdır.