Şriftin ölçüsü :

Saytın rəngi :

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Hacıqabul rayonunda vətəndaşları qəbul edib.

06 fevral 2025 | 14:00

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 06 fevral 2025-ci il tarixdə Hacıqabul rayonunda vətəndaşlarla qəbul etmişdir. Qəbuldan öncə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tərəfindən Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək abidə önünə gül dəstələri qoyulmuşdur.

Qəbul zamanı Hacıqabul, Salyan, Kürdəmir rayonlarının və Şirvan şəhər sakinlərinin müvafiq müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapmışdır. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verrilmişdir.

Keçidlər