Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad “Səyyar ASAN” xidmət avtobusu Hacıqabul rayon əhalisinə xidmət göstərəcəkdir.

30 may 2023 | 09:55

Sabirabad “Səyyar ASAN” xidmət avtobusu 01.06.2023-cü il tarixdən 30.06.2023-cü il tarixədək (30 gün) Hacıqabul şəhəri, İsmət Qayıbov küç.7 (İcra Hakimiyyətinin yanı) ünvanında Hacıqabul rayon əhalisinə xidmət göstərəcəkdir.

Göstərilən xidmətlər:

  • Tərcümə xidməti
  • Tibb xidməti
  • Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu)
  • Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi
  • Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi
  • Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi
  • Əmək pensiyalarının təyin edilməsi
  • Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
  • Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
  • Sürücülük vəsiqələrinin dəyişdirilməsi
  • Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı
  • Notariat fəaliyyəti

Qeyd:

Səyyar "ASAN xidmət" avtobuslarında sənəd qəbulu həftə içi saat 10:00-dan 17:30-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.

Hazır sənədin verilməsi isə həftə içi saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.

Keçidlər