Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illik yubileyi Hacıqabul rayonunda təntənəli sürətdə qeyd olundu.

10 may 2024 | 15:10

Bu il Ümumdünya tarixinin nadir şəxsiyyətlərindən biri olan, öz həyat salnaməsi ilə Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan, öz millətinə, xalqına həmişə sədaqətlə xidmət edən və bu xidmətləri ilə Azərbaycanlıların qəlbində, yaddaşında əbədiləşən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür. Bu münasibətlə may ayının ilk günlərindən başlayaraq Hacıqabul rayonunda silsilə tədbirlər həyata keçirilir.

10 may 2024-cü il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə, təşkilatların kollektivləri, eləcə də rayon ictimaiyyəti tərəfindən Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olundu, abidə  önünə gül dəstələri qoyularaq dahi şəxsiyyətin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edildi.

Tədbir iştirakçıları daha sonra Hacıqabul Rayon Mədəniyyət Mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən sərgiyə tamaşa etdilər. Bundan sonra Ulu öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir başlandı. Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan olunmuş tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin həyat  və  fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verdi. Bundan sonra Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi Biləsuvar Şəhər Uşaq İncəsənət Məktəbinin şagirdlərinin ifasında “Xalqa həsr olunmuş ömür” adlı xüsusi konsert proqramı nümayiş etdirildi.

Keçidlər