Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Hacıqabul rayonunda ehtiramla yad edildi
12 dekabr 2024-cü il tarixində Respublikamızın hər yerində olduğu kimi Hacıqabul rayonunda da müasir Azərbaycan dövlətinin memarı, Ümummilli lider Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edildi.
Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, rayonun hüquq-mühafizə orqanlarının, həmçinin idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, dahi şəxsiyyətin əziz xatirəsinə dərin hörmət və ehtiram əlaməti olaraq abidə önünə tər çiçəklər düzdülər. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən müxtəlif eksponatlara baxış keçirdi.