Vətən Müharibəsi şəhidlərinin ailələri və övladları ilə görüş keçirildi
26 dekabr 2022 | 15:30
26 dekabr 2022-ci il tarixdə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Hacıqabul rayon şöbəsinin inzibatı binasında rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Vətən Müharibəsi şəhidlərinin ailələri və övladları ilə görüş keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Hacıqabul rayon şöbəsinin əməkdaşları, bir qrup Vətən Müharibəsi şəhidlərinin ailələri və övladları iştirak etdi.
Tədbirdə çıxış edənlər “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il” bayramı münasibəti ilə şəhid ailələrini səmimi qəlbdən təbrik etdilər, daha sonra Vətən Müharibəsi şəhidlərinin övladlarına hədiyyələr və bayram sovqatları verildi.