Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda müalicə alan Vətən Müharibəsi Şəhidlərinin valideynləri ziyarət olundu.

26 sentyabr 2022 | 16:29

Hacıqabul rayon İcra Hakimiyyəti başçısı Rüstəm Xəlilov Hacıqabul rayon Mərkəzi xəstəxanasında müalicə alan Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş Vətən Müharibəsi Şəhidi Meyniman kənd sakini, Yaqubov Hümbət Mərhəmət oğlunun atası, Yaqubov Mərhəmət Hümbət oğlunu və Muğan qəsəbə sakini, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” , “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Vətən Müharibəsi Şəhidi Əhmədov Səbuhi Ziyafət oğlunun anası Əhmədova Vüsalə Ələkbər qızını ziyarət etdi.

Hər iki şəxsin müalicəsinin davam etdirilməsi üçün Hacıqabul rayon Mərkəzi xəstəxanası Publik Hüquqi Şəxsin həkimlərinə tapşırıqlar verildi və nəzarətdə saxlamaq tapşırıldı.

Keçidlər