Yaponiya səfiri Hacıqabulda
09 sentyabr 2022-ci il tarixdə saat 10:30-da Yaponiyanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi Hacıqabul rayonuna səfər edib.
Əvvəlcə rayon icra hakimiyyəti başçısı Rüstəm Xəlilovla görüş keçirilib. Görüşdə icra hakimiyyəti başçısı Rüstəm Xəlilov səfir Vada Cüniçyə Hacıqabulun tarixi, əhalisi, məşğuliyyəti və sosial-iqtisadi inkişafı haqqında geniş məlumat verib və görülən işlərdən danışıb. Həmçinin Yapon və Azərbaycan xalqlarının dostuluğundan, Azərbaycan hökuməti ilə Yaponiya hökumətinin geniş hərtərəfli əlaqələrindən və bu əlaqələrin günü-gündən inkişafından danışılıb.
Səfir Vada Cüniçi 2022-ci ili “Yaponiya-Azərbaycan Dostluq ili” elan etdikləri barədə və iki ölkə arasında hərtərəfli münasibətlərdən, həyata keçirilən sosial layihələrdən söhbət edib.
Səfər çərçivəsində səfir Vada Cüniçi və icra hakimiyyəti başçısı Rüstəm Xəlilov rayonda fəaliyyət göstərən “Hacıqabul Quşçuluq” MMC-də olublar. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar, sonra ASC-nin sədri Nemət Babaşov qonaqları müəssisə ilə yaxından tanış edib və istehsal prosesi barədə məlumat verib.
Səfir göstərilən diqqətə görə minnətdarlıq etmişdir və qarışıqlıqlı əməkdaşlığın xalqlarımız arasındakı dostluğun daha da möhkəmlənməsinə xidmət etdiyini bildirmişdir.