Yeni Azərbaycan Partiyasının gənc fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
“Heydər Əliyev İli” ilə əlaqədar təsdiq olunmuş tədbirlər planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
2023-cü il oktyabr ayının 3-də Hacıqabul rayon Yeni Azərbaycan Partiyasının gənc fəallarının iştirakı ilə Hacıqabul rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunmuşdur.
Əvvəlcə Ulu Öndərin abidəsi ziyarət olunmuş, abidənin önünə gül dəstələri düzülmüşdür.
Mərkəzdə gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verildi. Gənclər eksponat, fotoşəkil və kitablarla tanış oldular.