Şriftin ölçüsü :

Saytın rəngi :

Zeynalov Qubad İslam oğlu

2021/05/Qubad-1620286811.jpg

Qubad İslam oğlu Zeynalov 15 fevral 2001-ci ildə Hacıqabul rayonunda dünyaya göz açmışdır. Orta məktəbi 2019-cu ildə bitirdikdən sonra hərbi xidmətə yollanmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Qubad Zeynalov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində iştirak etmişdir. Döyüşlər zamanı yaralansa da, sonradan yenidən cəbhəyə qayıtmışdı.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Qubad Zeynalov "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qubad Zeynalov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Keçidlər