Şriftin ölçüsü :

Saytın rəngi :

Coğrafi mövqeyi

Ərazi Hacıqabul rayonu inzibati baxımdan 24.04.1990-cı ildə yaranmışdır. Ərazisi 1,63 min kv.km-dir. Hacıqabul rayonu ərazisinə görə respublikanın Kürdəmir, Sabirabad, Salyan, Ağsu, Şamaxı, Qobustan, Abşeron rayonları, Bakı şəhərinin Qaradağ rayonu və Şirvan şəhəri ilə həmsərhəddir. Rayonda inzibati ərazi bölgüsü baxımından 1 şəhər, 5 qəsəbə, 25 kənd yaşayış məntəqəsi vardır. Mərkəzi Hacıqabul şəhəridir. Rayon Bakı şəhərindən 113 km məsafədə yerləşir. Hacıqabul rayonunda 18 inzibati ərazi dairəsi, 15 bələdiyyə fəaliyyət göstərir.

Hacıqabul rayonu Kür-Araz düzənliyinin cənub-şərqində, Şirvan ovalığı kimi tanınmış ərazidə yerləşir. Rayon ərazisinin böyük bir hissəsi dəniz səviyyəsindən aşağıdır. Dağlıq ərazilərdə çoxlu sayda palçıq vulkanlarına rast gəlmək olar. Burada quru və isti yarımsəhra və quru çöl subtropik iqlimi hökm sürür. Ərazidə orta illik tempratur 14-15C olur. Atmosfer yağıntıları əsasən yağış formasında düşür və miqdarı ildə 200 mm-dən çox olmur.

Kür və Pirsaat çayları rayon ərazisindən keçir, Hacıqabul gölü rayon ərazisində yerləşir.
 

Keçidlər