Şriftin ölçüsü :

Saytın rəngi :

İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər

 
İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin təyin edilməsi barədə
Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 24.04.2018-ci il tarixli 38 nömrəli
sərəncamında dəyişiklik edilməsi barədə
 
 
“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli 1256 nömrəli Fərmanının 5-ci bəndini və “Yerli İcra Hakimiyyətli haqqında Əsasnamə”nin 6.8-ci bəndini rəhbər tutaraq
 
QƏRARA   ALIRAM :
 
1. Hacıqabul rayon İcra Hakimiyyəti aparatında bəzi kadr dəyişikliklərini nəzərə alaraq Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 24.04.2018-ci il tarixli 37 nömrəli Sərəncamında dəyişiklik edilərək Hacıqabul rayon İcra Hakimiyyəti aparatında  inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin aşağıdakı tərkibdə siyahısı təsdiq edilsin.
 
-  Nurbala Mizəyev     – Rayon İcra Hakimiyyəti başçısının müavini
-  Sirac Əsgərov        –  Hüquq şöbəsinin müdiri
 
 

Hacıqabul rayon  İcra Hakimiyyəti başçısının
                      07.09.2020-ci il tarixli 86 nömrəli sərəncamı ilə təsdiq edilmişdir.

Keçidlər