Şriftin ölçüsü :

Saytın rəngi :

“15 iyun-Milli Qurtuluş günü”nə həsr olunmuş rayon tədbiri keçirilmişdir.

13 iyun 2016 | 16:00

13.06.2016-cı il tarixində Heydər Əliyev Mərkəzində “15 iyun-Milli Qurtuluş günü”nə həsr olunmuş rayon tədbiri keçirildi. Öncə Ümummilli lider Heydər Əliyevin şəhər mərkəzində ucaldılmış abidəsi ziyarət olundu.

Sonra tədbir Heydər Əliyev mərkəzində davam etdirildi. Yığıncağı giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov açdı.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra rayon Gənclər və İdman idarəsinin rəisi Saleh Ələsgərov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Aynur Qasımzadə, İkinci Udullu kənd İƏD üzrə nümayəndə Əmrah Süleymanov, şəhər 8 saylı tam orta məktəbin müəllimi Nüşabə Maqsudova, Navahı qəsəbə 2 saylı tam orta məktəbin direktoru Zaur Qasımov geniş məruzə ilə çıxış etdilər. Tədbiri İcra Hakimiyyətinin başçısı cənab Əhməd Muxtarov yekunlaşdırdı.

Keçidlər