Şriftin ölçüsü :

Saytın rəngi :

“Dini radikalizmə qarşı mübarizə” mövzusunda tədbir keçirildi

21 iyun 2016 | 16:00

21.06.2016-cı il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Dini radikalizmə qarşı mübarizə” mövzusunda tədbir keçirildi.

Tədbirdə rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Heydər Əliyev Mərkəzinin Kino zalında keçirildi. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Zeynab Əsgərova açdı və qeyd etdi ki, gənc, yeniyetmə və dərin savadı olmayan insanları dinin pərdəsi altında, özləri də fərqində olmadan yoldan çıxaran radikal qurumlarla mübarizə aparmaq bütün ziyalıların borcudur. Sonra tədbir iştirakçıları Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təqdimatında “Fitnə” sənədli filminə tamaşa etdilər.

Sonda rayonun bir sıra kəndlərində bu sahədə işlərin daha diqqətdə saxlanılması və “Fitnə” sənədli filminin daha geniş auditoriyalarda nümayişinin təşkil olunması nəzərdə tutuldu

Keçidlər