Şriftin ölçüsü :

Saytın rəngi :

13 iyul 2016-cı il tarixdə rayon İcra Hakimiyyəti başçısının 2016-cı ilin birinci yarısında gördüyü işlər barədə hesabat yığıncağı keçirildi

13 iyul 2016 | 16:00

Yığıncaqda icra başçısı aparatının məsul işçiləri, başçının şəhər, qəsəbə və kəndlər üzrə nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər, qəsəbə və kəndlərin bələdiyyə sədrləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimai birliklərin, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının rayon şöbələrinin sədrləri, ağsaqqalların, müharibə və əmək veteranlarının, ziyalıların və ictimaiyyətin  digər nümayəndələri olmaqla, cəmi 105 nəfər iştirak etdi.

Məruzə qurtardıqdan sonra çıxışlara başlanıldı:

Hacıqabul rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri Nurbala Mirzəyev, Rayon Suvarma Sistemləri İdarəsinin müdiri İbrahim İbrahimov, Hacıqabul rayonu üzrə Maliyyə Şöbəsinin müdiri Vüqar İbrahimov, “Dost-Tum” MMC-nin icraçı direktoru Adət İbrahimov, Padar qəsəbə İƏD üzrə nümayəndə Mətləb Səfərov, Qarasu bələdiyyəsinin sədri İslam Hüseynov və Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elnur Əmirəslanov məruzə ilə çıxış etdilər.

Sonda Yığıncağın qərar layihəsini oxumaq üçün söz rayon İcra Hakimiyyəti Başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Mehparə Cəfərovaya verildi.

 

 

Keçidlər