Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda Tolerantlıq günü qeyd olundu

14 noyabr 2016 | 16:00

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və yerli İcra Hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə 16 noyabr – Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə ölkə ərazisində silsilə tədbirlər keçirilir.

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində keçirilmiş növbəti tədbirdə rayonun bütün idarə və təşkilatlarının nümayəndələri, din xadimləri, yerli sakinlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının müavini Zeynəb Yunusova açaraq, Azərbaycanda hökm sürən tolerant mühit və ölkəmizdə aparılan multikultural siyasət barədə məlumat verib.

Bilik Fondunun baş mütəxəssisi Vidadi Rzayev Beynəlxalq Tolerantlıq gününün 1995-ci ildə UNESCO-nun 50 illiyi münasibətilə təsis edildiyini xatırladaraq Azərbaycanın bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanındığını bildirib. V.Rzayev deyib ki, Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada məskunlaşan bütün xalqların nümayəndələri və müxtəlif dinlərin daşıyıcıları bir ailə kimi yaşayırlar.

Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışında görən Azərbaycan prezidenti İlham Əliyev bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır.

Sonra rayonun axundu İntiqam Mirqani və Bilik Fondunun yerli nümayəndəsi Cəmilə Ağamalıyeva çıxış etdilər.

Keçidlər