Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun HESABAT MƏRUZƏSİ

08 fevral 2017 | 16:00

 

2016-cı ildə Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının 
yekunları barədə rayon İcra Hakimiyyətinin Başçısı Əhməd  Muxtarovun
 
HESABAT MƏRUZƏSİ
 

Məlum olduğu kimi yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir.

İclasda giriş nitqi ilə çıxış edən dövlətimizin başçısı 2016-cı ildə dünyada, regionda və ölkəmizdə cərəyan edən hadisələrdən, xüsusi ilə neftin qiymətinin aşağı düşməsi fonunda yaranan böhrandan, iqtisadi və hərbi sahələrdə yaranmış vəziyyət barədə danışmışdır. “Ölkəmizdə sabitliyin mənbəyi xalqın idarəsi və onun seçimidir” deyən dövlət başçısı ötən il qarşıda duran bütün vəzifələrin icra edildiyini bildirmişdir. Ötən ilin ölkəmizin tarixində dərin iqtisadi islahatlar dövrü kimi qalacağını vurğulayan möhtərəm Prezidentimiz qəbul edilən qərarlar nəticəsində bundan sonra da qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində olacağını qeyd edib. Təsadüfi deyil ki, keçən il neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi nəticəsində ümumi daxili məhsul azalsa da qeyri-neft sənayesində 5, kənd təsərrüfatında isə 2,6 faiz artım əldə olunmuşdur. Ötən il ölkəmizə 8 milyard dollar xarici, 3,7 milyard dollar daxili sərmayənin qoyulduğunu bildirən dövlət başçımız vurğulayıb ki, 2016-cı ildə əsas vəzifələrdən biri valyuta ehtiyatlarının qorunması idi və buna nail olunubdu. Davos İqtisadi Forumunun Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliyinə görə 37-ci yerdə qərarlaşdığını deyən möhtərəm Prezidentimiz böhranlı ildə ölkədə 100 mindən çox daimi iş yerinin açıldığını bəyan etmişdir.

Respublikamızda sosial məsələlərin həlli 2016-cı ildə də diqqət mərkəzində olmuş, maaşlar 7, pensiyalar 8 faiz artmışdır. Bu istiqamətdə artımın bu ildə davam etməsi nəzərdə tutulmuşdur. Ötən ilin sonlarına yaxın ölkədə kommunal xidmətlərin diferensiallarıdırlması da sosial ədalət prinsipinə əsaslanmış, bu zaman orta təbəqənin maraqları nəzərə alınmışdır.

Ötən ildə də Azərbaycan torpaqlarının işğaldan azad olunması və BMT-nin 4 qətnaməsinin yerinə yetirilməsi ilə bağlı dövlətimizin mövqeyi dəyişməz qalmışdır. 2016-cı ilin aprelində təmas xəttində baş verən döyüşlərə toxunun möhtərəm Prezidentimiz əks hücum əməliyyatı nəticəsində ordumuzun düşmənə sarsıdıcı zərbələr vurduğunu və minlərlə hektar torpağın işğaldan azad edildiyini bildirmişdir.

2016-cı ildə xalqımızın iradəsini əks etdirən referendum yüksək səviyyədə baş tutmuş, “Multikulturalizm ili” elan olunmuş ötən ildə bir sıra beynəlxalq tədbirlər keçirilmişdir.

Dövlətimizin başçısı yekun nitqində inşaat sektorunun canlandırılması ilə bağlı bir çox layihələrin həyata keçirildiyini bildirməklə cari ildə də sənaye parkının yaradılması, kənd təsərrüfatının, xüsusi ilə də taxıl, pambıq, çay, barama və şərab istehsalının artırılması, meyvəçiliyin və heyvandarlığın inkişafı ilə bağlı tədbirlərin görülməsinin əhəmiyyətindən danışmışdır.

Möhtərəm Prezidentimiz 2017-ci ildə Bakının bir sıra beynəlxalq tədbirlərə, həmçinin İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyini vurğulamışdır. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. Dövlətimizin başçısı İslam həmrəyliyinin bərqərar olmasında Azərbaycanın özünə məxsus mövqeyinin möhkəmləndirilməsini təmin etmək məqsədi ilə 2017-ci ili Azərbaycanda “İslam həmrəyliyi ili” elan etmişdir.

2016-cı il Hacıqabul rayonunun da sosial-iqtisadi və mədəni həyatında yadda qalan hadisə və işlərlə əlamətdardır.

Ötən ildə iqtisadiyyatın bütün sahələri üzrə məhsul buraxılışının həcmi 211 914.1 min manat olmuşdur. Məhsul buraxılışında qeyri-neft sektorunun payı 2015-ci ilə nisbətən 1,2% artaraq 67,04% olmuşdur.

Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda aqrar islahatların uğurla həyata keçirilməsi kənd təsərrüfatının dinamik inkişaf etdirilməsinə, bu sahədə qazanılan uğurları daha da artırmağa zəmin yaradır. Kənd təsərrüfatı məhsulları istehsalçılarının və xidmət təşkilatlarının gərgin əməyi nəticəsində kənd təsərrüfatı məhsullarının buraxılışı 2015-ci illə müqayisədə 990.8 min manat və ya 0.8% artaraq 120 047.0 min manat olmuşdur.

2016-cı ilin məhsulu üçün 13 793 hektar sahədə taxıl əkilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 924 hektar artıqdır. Taxıl əkininin 7130 hektarını buğda, 6663 hektarını arpa təşkil etmişdir. Zəmilərdən 47310 ton taxıl məhsulu əldə olunmuşdur ki, bu da ötən ilin məhsulu ilə müqayisədə 3329 ton çoxdur. İstehsal olunmuş məhsulun 25 922 tonunu buğda, 21 388 tonunu isə arpa təşkil etmişdir. Hər hektardan məhsuldarlıq 34,3 sentner olmuşdur.

Ötən ildə 526 hektar sahədə pambıq, 1572 hektar sahədə bostan, 778 hektar sahədə tərəvəz, 346 hektar sahədə qarğıdalı, 160 hektar sahədə şəkər çuğunduru, 40 hektar sahədə kartof, 40 hektar sahədə soya, 632 hektar sahədə yonca olmaqla cəmi 4094 hektar sahədə yazlıq əkin aparılmışdır ki, bu da keçən ilki yazlıq əkinlərlə nisbətdə 435 hektar çoxdur.

2016-cı təsərrüfat ili ərzində 1000.9 ton pambıq, 23 309 ton bostan, 20 261 ton tərəvəz, 1965.5 ton qarğıdalı, 439 ton kartof, 6200 ton şəkər çuğunduru, 40 ton soya, 11 205 ton meyvə istehsal olunmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 3 ton bostan, 45 ton tərəvəz, 1800.5 ton qarğıdalı, 11 ton kartof, 148 ton meyvə məhsulu çox istehsal olunmuşdur.

Qeyd etmək lazımdır ki, 2016-cı ildə rayonumuzda pambıq əkini uzun illərdən sonra, soya və şəkər çuğundurunun əkini isə ilk dəfə həyata keçirilmişdir. Belə ki, rayonumuzda bir çox kənd təsərrüfatı bitkilərinin, o cümlədən pambığın əkilib becərilməsi üçün böyük imkanlar vardır. Pambıq əkini yüksək gəlirliliyi və məşğulluğun təmin edilməsində rolu ilə yanaşı, həm də taxıl bitkiləri üçün çox yaxşı sələf bitkisidir ki, bu da növbəli əkin aparılmasına əlverişli şərait yaradır. Kənd zəhmətkeşləri tərəfindən 2017-ci ildə 1200 hektardan çox sahədə pambıq əkini həyata keçiriləcəkdir. Artıq 29 pambıq istehsalçısı tərəfindən 1203.9 hektar sahədə pambıq əkilməsi üçün “MKT İK” MMC ilə müqavilə bağlanmışdır.

Torpaq mülkiyyətçiləri üçün rayon şəraitinə uyğun digər əlverişli bitkilərdən biri də şəkər çuğundurudur. 2016-cı ildən 160 hektar sahədən 6200 ton şəkər çuğundurunun istehsal edilməsi bunun nümunəsidir. Bu bitkinin becərilməsi və yığılması üçün bütün xərcləri İmişli Şəkər zavodu müqavilə əsasında öz üzərinə öhdəlik götürür. Nəticədə məhsul istehsalçıları yüksək gəlir əldə edirlər. Ona görə bu bitkinin də rayonumuzun ərazisində əkilib becərilməsi istehsalçılar üçün arzu olunandır. Artıq 2017-ci ilin məhsulu üçün 530 hektar sahədə payızlıq şəkər çuğundurunun əkini həyata keçirilmişdir.

Taxıl istehsalı da ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. 2016-cı ilin payızında 2017-ci ilin məhsulu üçün 8950 hektar sahədə buğda, 6870 hektar sahədə arpa olmaqla cəmi 15 820 hektar sahədə taxıl əkini aparılmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2027 hektar çoxdur.

Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, iri taxılçılıq təsərrüfatlarının və aqroparkların yaradılması istiqamətində işlər davam etdirilir.

Hacıqabul rayonunun Padar ərazisində 1625 hektar sahədə iri əkinçilik təsərrüfatı təşkil edilmişdir. Bu təsərrüfatda infrastruktur yaradılmış, pivot suvarma sistemi quraşdırılmış, texnikalar alınmış, ofis, anbar, texnikalar üçün qaraj və yeməkxana tikilmişdir. Payız əkin dövründə 700 hektar sahədə buğda, 530 sahədə payızlıq şəkər çuğunduru əkilmişdir.

Hacıqabul rayonunun inzibati ərazisində dövlət ehtiyaclarının ödənilməsi məqsədilə müasir iri taxılçılıq və yemçilik təsərrüfatlarının yaradılması üçün 30000 hektar torpaq sahəsinin otlaq kateqoriyasından əkin kateqoriyasına dəyişdirilməsi barədə Hacıqabul rayon İcra Hakimiyyətinin aidiyyəti nazirliklərlə razılaşdırılmış təklifləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 528s nömrəli 05 oktyabr 2016-cı il tarixli Sərəncamı ilə qəbul edilmişdir. Həmin ərazidə mütərəqqi suvarma metodları tətbiq etməklə yüksək məhsuldarlığa nail ilmaq üçün iri aqroparkların yaradılması istiqamətində ilkin hazırlıq işləri həyata keçirilir.

Bundan əlavə rayonun “Pirsaat massivində 4800 hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi” layihəsi çərçivəsində işlərə başlanılmışdır. Layihənin mahiyyəti mənbəyi Kür çayından olmaqla təxminən 26 km məsafədən 4800 hektar əkinə yararlı torpaq sahəsinə suvarma suyunun çıxarılmasıdır. Tikinti işləri 2 mərhələdə həyata keçiriləcək. Artıq 1-ci mərhələnin layihə-smeta sənədləri hazırlanıb başa çatmaq ərəfəsindədir. Bu mərhələdə işlərin 40%-i görülmüş və bu məqsədlə 800 000 manat vəsait xərclənmişdir.

Hacıqabul rayonunun Meyniman kəndində sahibkar Dostəliyev Natiq Hökmalı oğlu tərəfindən 1936 hektar torpaq sahəsində iri əkinçilik və heyvandarlıq təsərrüfatının yaradılması istiqamətində işlər həyata keçirilir. Təsərrüfatda 55 hektar sahədə meyvə bağı salınmış, 1560 baş qoyun saxlanılır, 150 hektar sahədə buğda, 245 hektar sahədə arpa, 54 hektar sahədə yonca, 20 hektar sahədə soğan əkilmiş, 100 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuşdur. 2017-ci ilin yanvar ayında 2 hektar sahəsi olan istixana fəaliyyətə başlamış, hər biri 2 hektar olan 2 istixananın tikintisinə isə başlanılmışdır.

Rayonda baramaçılığın inkişaf etdirilməsi də daim diqqət mərkəzində saxlanılmalıdır. Bu məqsədlə 2016-cı ildə rayonun Abdulabad, Meyniman və Navahı kəndlərində 28000 ədəd tut tinginin aqrotexniki qaydalara uyğun əkilməsi həyata keçirilmişdir.

Rayonda heyvandarlıq məhsulları istehsalında da artım qeydə alınmışdır. Hesabat dövründə süd istehsalı 25 ton artaraq 17242 tona, ət istehsalı 28 ton artaraq 9526 tona çatmışdır. Yumurta istehsalı 327 143 min ədəd olmuşdur. Rayon üzrə iribuynuzlu heyvanların baş sayı 595 baş və ya 1,6% artaraq 38 414 başa, xırda buynuzluların sayı isə 1118 baş və ya 0,8 % artaraq 135 956 başa çatmışdır.

“Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrası çərçivəsində Muğan, Padar qəsəbələrində və Qarasu kəndində torpaq sahələrinin suvarılmasını təmin etmək məqsədilə 2007-ci ildə tikintisinə başlanılmış, mənbəyi Ağsu rayonu ərazisində Yuxarı Şirvan kanalının qolundan su götürən ümumi uzunluğu 53,95 km və su keçirmə qabiliyyəti  5 kub metr/san olan Hacıqabul magistral beton kanalının 28,1 km-lik hissəsi, 12,5 km-lik Padar magistral beton kanalın, Hacıqabul magistral kanalından ayrılan 7,1 km-lik Qarasu magistral kanalının 3,5 km-lik hissəsinin tikintisi başa çatdırılmışdır. 5 km-ə yaxın təsərrüfatdaxili kanallar da tikilərək istismara verilib. Növbəti mərhələdə kanalın Qarasu və Muğan qollarının tikintisi və rayonun Padar-Qarasu-Muğan ərazisində 5560 hektar yararlı sahələrdə kompleks meliorasiya işlərinin aparılması nəzərdə tutulur. Padar-Qarasu ərazilərində 2000 hektara yaxın həyətyanı və əkin sahələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 aprel 2013-cü il tarixli Sərəncamı ilə yaradılmış 1625 hektar iri əkinçilik təsərrüfatının, 440 hektar sahədə əkilmiş pambığın və digər əkinlərin suvarma suyu ilə təminatı bu kanal vasitəsilə həyata keçirilmişdir.

Rayonun 16 356 hektar suvarılan torpaqlarda kənd təsərrüfatı əkinləri suvarma suyu ilə təmin edilir.

Əkinlərin su təminatının yaxşılaşması üçün rayon Suvarma Sistemləri idarəsi tərəfindən 2016-cı ildə 395 km-ə yaxın təsərrüfatlararası və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilmişdir.

Ümumilikdə idarə üzrə il ərzində 17 ədəd nasos aqreqatı, 14 ədəd elektrik mühərriki əsaslı təmir olunmuş, 62 ədəd hidrotexniki qurğu, 12 ədəd hidropost, 4 ədəd nasos stansiya binası, 5 ədəd mülki və istehsalat binası cari təmir olunmuşdur.

Cari ildə Ələtli torpaq kanalın 560 metri hidrotexniki qurğularla birlikdə əsaslı təmir olunaraq betonla üzlənmiş və istismara verilmişdir. Kanalın 7,0 km torpaq məcralı hissəsinin torpaq yatağı yenidən qurulmuş, burada 2 ədəd borulu keçid, 5 ədəd su paylayıcı, 2 ədəd səviyyəqaldıran tikilmişdir. Bununla kanal altında 266 hektar əkinlərin su təminatı xeyli yaxşılaşmışdır. 2016-cı ildə Abdulabad suvarma sahəsində 420 p/m beton nov kanalda əsaslı təmir işləri aparılmış, kanal şüşə lifli kompozit materialından hazırlanmış yeni konstruksiyalı novlarla əvəz edilmişdir. Ümumilikdə 2 ildə 700 p/m köhnə beton novlar yeni konstruksiyalı novlarla əvəz olunmuşdur. Meyniman suvarma sahəsi üzrə Axtaçı kanalında 1 ədəd akveduk, Bürvənd kanalında isə 1 ədəd dükker əsaslı təmir olunmuşdur.

Son üç il ərzində rayonun Kür boyu suvarılan ərazilərində 6 ədəd yeni üzən nasos stansiyaları istismara verilməklə ümumilikdə Kür çayından su götürən nasosların məhsuldarlığı 2,7 m3/san artırılmışdır. Bununla Kür boyu ərazilərdə quraqlıq dövrlərdə belə suvarma suyundan heç bir problem olmayacaqdır.

Baş Şirvan Kollektorunun İstismarı İdarəsi tərəfindən Hacıqabul rayonunun təsərrüfatdaxili və təsərrüfatlararası kollektor-drenaj şəbəkələrində uzunluğu 38,65 km olmaqla 111 600 m3 həcmində lildən təmizləmə işləri aparılmışdır.

“Aqrolizinq” vasitəsilə 2016-cı il ərzində 130 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına 273.95 ton müxtəlif növ mineral gübrələrin satışı həyata keçirilmişdir.

Hacıqabul rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Hacıqabul şəhərində 15-17 mart tarixlərində Novruz bayramı münasibətilə, 25-30 dekabr tarixlərində Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə kənd təsərrüfatı yarmarkaları keçirilmiş, əhaliyə ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsullarının satışı təşkil edilmişdir.

Hesabat dövründə Hacıqabul şəhərinin yaşıllaşdırılması məqsədilə 4000 ədəd ağac və 2500 ədəddən artıq gül bitkiləri əkilmişdir.

Rayon İcra Hakimiyyəti Başçısı Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi rayon Kənd Təsərrüfatı İdarəsi və sahəyə xidmət edən təşkilatlarla birlikdə kənd təsərrüfatında qazanılmış uğurların daha da inkişaf etdirilməsi və nöqsanların aradan qaldırılması istiqamətində bundan sonra da səylərini əsirgəməməlidirlər.

Hesabat dövründə sənayedə məhsul buraxılışının həcmi ötən illə müqayisədə 231.3 min manat və ya 5,6% artaraq 4388.4 min manat, pərakəndə əmtəə dövriyyəsi 29 203.9 min manat və ya 16,5% artaraq 205 920.0 min manat, iaşə dövriyyəsi 398.3 min manat və ya 13,0% artaraq 3470.0 min manat, məişət xidmətlərinin həcmi 545,6 min manat və ya 10,2% artaraq 5870.0 min manat, nəqliyyatda məhsul buraxılışı 138.3 min manat və ya 4.6% artaraq 3154.3 min manat, rabitə xidmətinin həcmi 15.2 manat və ya 2.6% artaraq 604.1 manat olmuşdur.

2016-cı ildə Hacıqabul rayonunda iqtisadiyyatın bütün sahələrinə yönəldilmiş əsas kapitala investisiyaların ümumi həcmi 19 390.1 min manat, o cümlədən tikinti quraşdırma işlərinin həcmi 18 855.5 min manat olmuşdur.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar 2016-cı il ərzində Hacıqabul rayonunda da mühüm layihələr həyata keçirilmişdir. Rayon ərazisində tikinti-quraşdırma, abadlıq və yenidənqurma işləri davam etdirilmişdir.

2016-cı ildə 48591 m2 qum-çınqıl qatışığından hamarlayıcı qat verilməklə 10836 m2 şəhərdaxili yol asfaltlaşdırılmışdır.

Şəhərin Nəsimi küçəsində 2400 m2 sahəyə, H.Z.Tağıyev küçəsində 1470 m2 sahəyə, Şəhriyar küçəsində 3540 m2 sahəyə , M.B.Nadim küçəsində 670 m2 sahəyə, M.F.Axundov küçəsində 2124 m2 sahəyə, Şirvan küçəsində 3700 m2 sahəyə, Ə.Şıxlinski küçəsində 1650 m2 sahəyə, S.Almazov küçəsində 670 m2 sahəyə, A.Şaiq küçəsində 1375 m2 sahəyə, Savalan küçəsində 1650 m2 sahəyə, C.Cabbarlı küçəsində 1440 m2 sahəyə, Dədə Qorqud küçəsində 1000 m2 sahəyə, R.Behbudov küçəsində 1000 m2 sahəyə , H.Həmidov küçəsində 1600 m2 sahəyə, Bakı küçəsində 5401 m2 sahəyə, B.Dadaşov küçəsində 3680 m2 sahəyə, İ.Məmmədov küçəsində 133 m2 sahəyə, M.Ə.Rəsulzadə küçəsində 937 m2 sahəyə, Koroğlu küçəsində 567 m2 sahəyə, D.Ağamalıyev küçəsində 1270 m2 sahəyə, Fizüli küçəsində 833 m2 sahəyə, M.Müşviq küçəsində 667 m2 sahəyə , X.Məmmədov küçəsində 433 m2 sahəyə , N.Dadaşov küçəsində 1333 m2 sahəyə, 20 yanvar küçəsində 3135 m2 sahəyə, S.Vurğun küçəsində 2473 m2 sahəyə, İ.Qayıbov küçəsində 493 m2 sahəyə, Nəsimi küçəsində 2947 m2 sahəyə qum-çınqıl qarışığından hamarlayıcı qat verilmişdir.

Nəsimi küçəsində 2115 m2 sahəyə, Şəhriyar küçəsində 2920 m2 sahəyə, Savalan küçəsində 1128 m2 sahəyə, Ə.Şıxlinski küçəsində 610 m2 sahəyə, Şirvan küçəsində 600 m2 sahəyə, İ.Qayıbov küçəsində 493 m2 sahəyə, Fizuli küçəsində 624 m2 sahəyə, Koroğlu küçəsində 628 m2 sahəyə, Ə.Həşimov küçəsində 315 m2 sahəyə, A.Şaiq küçəsində 893 m2 sahəyə, D.Qorqud küçəsində 420 m2 sahəyə 6 sm qalınlığında xırda dənəli asfalt-beton qarışığından örtük qoyulmuşdur.

Şəhərinin M.Hüseynzadə küçəsində 561,6 m2 20 sm qalınlığında divarın hörülməsi, 585,12 m2 divarın ağ-lay daşı ilə üzlənməsi işləri görülmüşdür, 456 metr beton səki daşlarının qoyulması, 427,4 m2 tumbaların ağ-lay daşı ilə üzlənməsi və 222 m2 divarın mozaika daşı ilə üzlənməsi işləri görülmüş, 132 m3 qum-çınqıl qarışığından əsas düzəldilmişdir.

Şəhərin Xətai küçəsində 4 və 5 saylı yaşayış binalarında 2380 m2 divarın suvaq qatının sökülməsi, 2300 m2 fasad divarın sement məhlulu ilə suvanması, 919 m2 divara torun vurulması, 170 m2 divarın ağ-lay daşı ilə üzlənməsi, H.Həmidov küçəsində 50 saylı yaşayış binasında damda 1,25 m3 ağac şəbəkənin düzəldilməsi, yaşayış binasında 480 m2 metal vərəqənin sökülməsi və yenisi ilə əvəz olunması, Ə.Vahid küçəsində 52 saylı yaşayış binasında damda 0,25 m3 ağac şəbəkənin düzlənməsi, damın yenisi ilə əvəz olunması, Ə.Vahid küçəsində 56 saylı yaşayış binasında damda ağac şəbəkənin düzəldilməsi, 480 m2 metal vərəqələrdən damın sökülməsi və yenisi ilə əvəz olunması, H.Həmidov küçəsi 1 saylı yaşayış binasında dam örtüyündə 1,44 m3 çatı ayaqlarının quraşdırılması, 0,45 m3 ağac şəbəkənin düzəldilməsi, Yaşayış binasında 1020 m2 metal vərəqlərdən damın sökülməsi və yenisi ilə əvəz olunması, H.Həmidov küçəsində 49 saylı yaşayış binasında damda 0,25 m3 ağac şəbəkənin düzəldilməsi, yaşayış binasında 620 m2 metal vərəqələrdən damın sökülməsi və yenisi ilə əvəz olunması, Xətai küçəsində 4 və 5 saylı yaşayış binalarında 9,96 m3 ağac şəbəkənin düzəldilməsi, 2380 m2 fasad divarın emulsiya ilə rənglənməsi, 1606 m2 metal vərəqələrdən damın sökülməsi və yenisi ilə əvəz olunması, Xəqani küçəsində 53 saylı yaşayış binasında damda 0.25 m3 ağac şəbəkənin düzəldilməsi, yaşayış binasında 900 m2 metal vərəqlərdən damın sökülməsi və yenisi ilə əvəz olunması, Xəqani küçəsi 54 saylı yaşayış binası damda 0,25 m3 ağac şəbəkənin düzəldilməsi, 890 m2 damın sökülməsi və yenisi ilə əvəz olunması, 5 m3 ağac şəbəkənin düzəldilməsi, 1200 m2 metal vərəqələrdən damın sökülməsi və yenisi ilə əvəz olunması, Ə.Vahid küçəsində 43 saylı yaşayış binasında damda 0,25 m3 ağac şəbəkənin düzəldilməsi, yaşayış binasında 360 m2 metal vərəqlərdən damın sökülməsi və yenisi ilə əvəz olunması işləri həyata keçirilmiş, 1170 metr naqil şırımlarının açılması, 1170 metr plastmas borunun çəkilməsi, 1170 metr elektrik kabelinin borudan keçirilməsi, işıq dirəkləri üçün 10,08 m3 betondan bünövrənin düzəldilməsi və 40 ədəd metal işıq dirəklərinin qoyulması işləri həyata keçirilmişdir.

Böyük sevinc hissi ilə deməliyəm ki, möhtərəm Prezidentimiz İlham Əliyevin sakinlərimizə daimi qayğısını yeni il ərəfəsində bir daha gördük. Məlum olduğu kimi dövlətimizin başçısı yanvar ayının 5-də Hacıqabul rayonunun Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi ilə bağlı imzaladığı sərəncamla bütün Hacıqabul əhalisinin sonsuz sevincinə səbəb olmuşdur. Ölkə rəhbəri on doqquz min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən bu yolun çəkilişinin başa çatdırılmasına göstəriş verməklə bir daha hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu nümayiş etdirmişdir. Rayonun bütün əhalisi adından möhtərəm Prezidentimizə bir daha sonsuz minnətdarlığımızı və dərin təşəkkürümüzü yetiririk.

Rayonun qəsəbə və kəndlərində də bir sıra işlər görülmüşdür.

Qarasu kəndinin qərb tərəfindən keçən açıq tipli kanalizasiya xəttinin üzərindən yeni körpü salınmışdır. Kənd qəbiristanlığına gedən yol təmir olunmuşdur.

Muğan qəsəbəsində 510 metr su borusu yenisi ilə əvəz olunmuş, 3 km yol, qum-çınqıl qarışığı ilə döşənmişdir.

Navahı qəsəbəsində 600 metr daxili yollara çınqıl döşənmiş, 7050 metr su xətti çəkilmişdir.

Navahı kəndində 3,0 km kəndarası yola qum-çınqıl qarışığı döşənmiş, baramaçılığın inkişafı üçün 1 ha sahədə tut tingləri əkilmişdir.

I Udullu, Şorbaçı və II Udullu kəndlərində 1900 metr yola çınqıl döşənmiş, 5500 metr uzunluqda suvarma kanalı lildən təmizlənmişdir.

Rəncbər kəndində 2100 m kəndarası yola çınqıl döşənmiş, 2100 m uzunluqda suvarma kanalı lildən təmizlənmişdir.

Qubalıbaloğlan kəndində 1200 m kəndarası yola qum-çınqıl döşənmiş, 1918-ci ildə şəhid olmuş türk əsgərlərinin xatirəsinə məzarlıq kompleksi tikilmişdir.

Talış kəndində 1,2 km yol avtoqreyderlə hamarlanmış, 4,0 km suvarma kanalı lildən təmizlənmişdir.

Atbulaq kəndində 1,2 km kənddaxili yol təmir edilmiş, Kürçülü kəndində 370 m kanalizasiya xətti çəkilmişdir.

Qızılburun kəndində 600 m kəndarası yola qum-çınqıl döşənmiş, 100 m su borusu dəyişdirilmişdir.

2016-cı il ərzində Hacıqabul rayon Memarlıq və Tikinti şöbəsi tərəfindən

15 sayda tikintiyə icazə verilmiş, 21 sayda tikinti layihələrinin təsdiqi və qeydiyyatı aparılmış, 75 sayda Bələdiyyə mülkiyyətində olan torpaqların ( 69 sayda fərdi ev, 6 sayda qeyri-yaşayış obyekti tikintisi üçün) ayrılması ilə əlaqədar müvafiq rəy verilmişdir.

 “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci illiyinin yekunlarına həsr olunmuş 27 yanvar 2015-ci il tarixli konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən tapşırıqlar verilmiş və tapşırıqlarda icarəyə götürülmüş torpaqların istifadə edilməməsi hallarında icarə müqavilələrinin ləğv edilməsi, torpaqların təyinatı üzrə istifadəsinə nəzarətin gücləndirilməsi, qanunvericiliyə zidd hallara və torpaqların zəbt edilməsinə qarşı ciddi tədbirlərin görülməsi öz əksini tapmışdır.

Bildiririk ki, 2016-cı ildə Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 73-cü maddəsinin tələbləri ilə bağlı rayonda icarəyə götürülmüş torpaq sahələrindən istifadə edilməməsi hallarına qarşı tədbirlərin gücləndirilməsinin nəticəsi olaraq 1000 hektar icarədə olan, uzun müddət istifadə edilməyən torpaq sahəsi İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə geri alınmışdır.

Bələdiyyə mülkiyyətinə məxsus torpaq sahələrində qanunsuz tikinti işlərinin aparılması hallarının qarşısının alınması, bu torpaqlar üzərindəki icazəsiz aparılmış tikinti və qurğuların yığışdırılması, sökülməsi məqsədilə Hacıqabul bələdiyyəsi ilə sıx əməkdaşlıq şəraitində bu işləri aparan hüquqi və fiziki şəxslərə ilk növbədə rəsmi xəbərdarlıqlar göndərilmişdir. Mühafizə zonasında əvvəlki dövrlərdə inşa olunmuş 13 tikilinin sahibinə tikililərin sökülməsi barədə bildiriş göndərilmişdir.

Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq ehtiyatlarından düzgün və təyinatına uyğun istifadə edilməsi, torpaq sahələrinin münbitliyinin, ekoloji şəraitinin yaxşılaşdırılması, onların zəbt olunması hallarına qarşı tədbirlərin gücləndirilməsi, bu sahədə nöqsanların aradan qaldırılması və təkrarlanmaması üçün daimi reydlər keçirilir və şəhər əhalisi arasında maarifləndirmə işləri aparılır.

İstehlakçıların təbii qaz, elektrik enerjisi və içməli su ilə təminatının yaxşılaşdırılması və rabitə xidmətlərinin göstərilməsi istiqamətində də əsaslı işlər görülmüşdür.

2016-cı il ərzində Hacıqabul Elektrik Şəbəkəsinin xidməti ərazisində 30 ədəd müasir tipli KTM quraşdırılmış, 32 ədəd 35 kv-luq ağac dayaq yeni metal dayaqlarla, 190 ədəd 35 kv-luq istismara yararsız izolyator yeni PSE-70 tipli izolyatorlarla, 1.5 km məsafədə istismara yararsız naqillər yeni AS-70 markalı naqillərlə, 17,2 km məsafədə istismara yararsız naqillər yeni AS-50 markalı naqillərlə, 3,0 km məsafədə istismara yararsız naqillər yeni AS-35 markalı naqillərlə, 259 ədəd 6-10 və 124 ədəd 0,4 kv-luq istismara yararsız dayaqlar yeniləri dayaqlarla, 685 ədəd 6-10 kv-luq istismara yararsız izolyator yeniləri ilə, 6 ədəd qüsurlu yanacaq transformatoru yenisi ilə, 2 ədəd 35-kv-luq xətt ayırıcısı, 6 ədəd keçid izolyatoru və 6 ədəd oturaq izolyator yenisi ilə əvəz olunmuş, 4 ədəd 6 kv-luq yağ açarı əsaslı təmir olunmuşdur. Hacıqabul rayonunun Udullu ərazisində istehlakçıların elektrik təchizatını daha da yaxşılaşdırmaq məqsədilə 2016-cı ilin əvvəlində əsası qoyulan yeni müasir tipli 35/10 kv-luq yarımstansiyada tikinti-quraşdırma işləri başa çatdırılmışdır.

Hesabat dövründə əhali tərəfindən 33 795 850 kvt.saat enerji istehlak olunmuş, ödəniş 2 092 236 manat olmaqla 96,1% təşkil etmişdir. Qeyri-əhali tərəfindən 118 996 408 kvt.saat enerji istehlak olunmuş, ödəniş 7 677 174 manat olmaqla 99,3% təşkil etmişdir.

Rayonun bütün yaşayış məntəqələrinin təbii qazla təminatı tam həyata keçirilmişdir. Hesabat dövründə Hacıqabul Qaz Xidməti Sahəsi tərəfindən qaz paylayıcı stansiyalarda və qaz xətlərində profilaktiki işlər yerinə yetirilmiş, qaz sızmaları və qəzalar vaxtında aradan qaldırılmışdır. İstehlakçılara il ərzində 38 361 434 m3 qaz satılmış, ödəniş 3 817 294,4 manat olmaqla 95,3% təşkil etmişdir.

2016-cı ildə əhalini və qeyri-əhalini içməli su ilə təmin etmək üçün bir sıra işlər görülmüşdür. Belə ki, qəsəbə və kəndlərdə müxtəlif diametrlərdə 1030 metr sıradan çıxmış borular yeniləri ilə əvəz olunmuş, 14 ədəd siyirtmə quraşdırılmış, 60 ədəd siyirtmələrdə təmir və yağlama işləri aparılmış, baş vermiş qəzalar vaxtında aradan qaldırılmışdır. Navahı qəsəbəsinin su təminatının yaxşılaşdırılması üçün Heydər Əliyev fondu tərəfindən qəsəbəyə 7000 metr politilen boru ilə yeni su xətləri çəkilmiş, 300 abonentə yeni su birləşməsi verilmiş, yeni çəkilmiş su xətlərinə Bakı şəhərinə gedən su xəttindən birləşmə verilərək əhali içməli su ilə tam təmin olunmuşdur.

Əhaliyə satılan suyun ödənişi 78,8%, qeyri-əhaliyə satılan suyun ödənişi 92% təşkil etmişdir.

Ötən ildə Telekommunikasiya Qovşağı 21 EATS-ə xidmət göstərməklə illik taarif gəlir planını 112% icra etmişdir. Əsas telefon aparatlarının sayı 240 ədəd artıralaraq 6612 ədədə, internet istifadəçilərinin sayı 360 ədəd artırılaraq 3075 ədədə çatdırılmışdır.

Rayon İcra Hakimiyyəti təhsil, səhiyyə, mədəniyyət və gənclər təşkilatları ilə işi daim diqqət mərkəzində saxlayır. Rayonun Təhsil Şöbəsi 2016-cı il ərzində 33 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar müəssisə ilə fəaliyyət göstərmişdir. Rayon Təhsil Şöbəsi öz fəaliyyətində Təhsil Nazirliyi və Rayon İcra Hakimiyyətinin göstəriş və sərəncamlarını əsas tutmuş və “Təhsil Qanunu”nun həyata keçirilməsi üçün rayonun pedaqoji kollektivlərini səfərbər etmişdir.

Rayon İcra Hakimiyyətinin şura iclasında 2015-ci ilin yekunları ilə bağlı məsələ müzakirə olunarkən hesabat məruzəsində rayonun bir sıra məktəblərində buraxılış imtahanlarının nəticəsinin aşağı olması, bir sıra məktəblərdə ali məktəbə qəbulun zəif olması, həmçinin bir sıra məktəblərdə ayrı-ayrı siniflərdə davamiyyətin zəif olması göstərilmişdi. Ötən müddət ərzində həmin nöqsanların aradan qaldırılması üçün rayon Təhsil Şöbəsi tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, şagird davamiyyətinin qaydaya salınması üçün RTŞ əməkdaşları tərəfindən məktəblərdə reydlər keçirilmiş, davamiyyəti zəif olan siniflər müəyyən olunmuş, həmin məktəblərdə sinif rəhbərləri və məktəb rəhbərlərinin məsuliyyəti artırılmış, həmçinin bu məktəblərə nəzarət gücləndirilmişdir. Rayonun 10 məktəbində fevral-mart aylarında tərtib olunmuş qrafikə uyğun olaraq bütün siniflərdə valideyn iclasları keçirilmişdir. Həmin məktəblərdə sinif valideyn iclaslarından sonra ümumməktəb valideyn iclasları keçirilmiş, bu iclaslarda RTŞ-nin əməkdaşları, kənd və qəsəbə icra nümayəndəliklərinin işçiləri, sahə polis müvəkkilləri iştirak etmişlər. Bu istiqamətdəki işimiz davamlı olaraq nəzarətdə saxlanılır.

2016-cı il ərzində rayonun ümumtəhsil məktəblərində buraxılış imtahanlarına hazırlıq işləri uğurla davam etdirilmişdir. Belə ki, IX-XI siniflərdə test yoxlamaları aparmaq üçün rayon Təhsil Şöbəsində test bankı hazırlanmış və rayonun nəticələri aşağı olan məktəblərinin IX-XI siniflərində test yoxlamaları aparılmış və nəticəsi məktəb rəhbərləri ilə müzakirə olunmuşdur.

İyun ayında TQDK tərəfindən rayonun ümumtəhsil məktəblərinin IX və XI siniflərində mərkəzləşmiş buraxılış imtahanları keçirilmişdir. Buraxılış imtahanları 2 imtahan mərkəzində təşkil olunmuş və imtahanların keçirilməsi üçün rayon İcra hakimiyyəti tərəfindən hər cür şərait yaradılmışdır. Buraxılış imtahanlarının nəticələrində həm IX, həm də XI sinifdə ötən illə müqayisədə artım müşahidə olunur. Belə ki, IX sinifdə buraxılış imtahanlarının nəticələrində ötən ilə nisbətən 7 faiz artım olmuşdur.

Rayonun ümumtəhsil məktəblərində ali məktəblərə qəbulla bağlı məqsədyönlü iş aparılmış, XI sinif şagirdləri arasında rəy sorğusu keçirilmişdir. Şagirdlərin alı məktəblərə hazırlığını daha da mütəşəkkil qurmaq üçün ayda bir dəfə “Alfa” hazırlıq kurslarının xətti ilə sınaq imtahanı keçirilmiş, nəticələri təhlil olunmuşdur. Aparılmış təhlillər əsasında ali məktəbə qəbulda zəif həlqələr müəyyən olunmuş problemlərin aradan qaldırılması üçün müvafiq təkliflər verilmişdir.

Aprel ayında ali məktəblərə ərizə qəbulu həyata keçirilmiş və rayonun ümumtəhsil məktəblərində oxuyan şagirdlərin arzularına uyğun olaraq ali və orta ixtisas məktəblərinə ərizə vermələri təmin olunmuşdur.

2016-cı ildə XI sinfi bitirən şagirdlərdən rayon üzrə respublikanın dövlət və özəl ali təhsil müəssisələrinə 194 nəfər, orta ixtisas məktəblərinə 70 nəfər sənəd vermişdir. Rayonun tam orta məktəblərini bitirən məzunlardan müxtəlif alı məktəblərə rayon üzrə 109 nəfər (56,2%), orta ixtisas məktəblərinə 30 nəfər (31% ) qəbul olmuşdur. Əvvəlki illərin məzunlarından isə 11 nəfər ali məktəblərə, 5 nəfər orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Bütövlükdə bu il rayon üzrə 120 nəfər ali məktəblərə, 39 nəfər orta ixtisas məktəblərinə qəbul olunmuşdur.

Qəbul olunanlardan 31 nəfəri (28,4 %) pedaqoji ixtisaslar üzrə ali məktəblərə qəbul olunmuşdur ki, bu da gələcəkdə rayonda kadrlara olan ehtiyacın ödənilməsinə köməklik göstərəcəkdir.

Son illərdə rayonun ümumtəhsil məktəblərini bitirən şagirdlərin ali və orta ixtisas məktəblərinə qəbulu ilə bağlı göstəricilər ilbəil artmaqdadır. Belə ki, 2014-cü ildə rayonun ümumtəhsil məktəblərini bitirən və ali məktəblərə sənəd təqdim edənlərin 38,2 %-i, 2015-ci ildə 43,6%-i tələbə adını qazanmışdısa, 2016-cı ildə ali məktəblərə qəbul olunmaq üçün sənəd təqdim edənlərin 56,2 %-i tələbə adını qazanmışdır.

Ali məktəbə qəbulda şəhər 1, 3, 4, 5, 8 saylı, Rəncbər, Qubalıbaloğlan, Talış kənd tam orta məktəbləri yüksək göstəricilərə nail olmuşlar. Şəhər 3 və 5 saylı tam orta məktəblərinin hər birindən 10 nəfər ali məktəbə qəbul olunmuşdur. Ali məktəbə qəbul olunanlardan 17 nəfəri 500-dən yuxarı, (şəhər 3, 5, 7, 8 saylı, Rəncbər, Qubalıbaloğlan, Talış, Atbulaq, Tava kənd, Navahı qəsəbə 1 N-li tam orta məktəbləri), 8 nəfəri 600-dən yuxarı (şəhər 1, 5, 8 saylı, Abdulabad, Talış, Rəncbər, Qızılburun kənd tam orta məktəbləri) bal toplamışlar. Ali məktəbə qəbulla bağlı təhsil işçiləri üçün ən yaddaqalan odur ki, rayon İcra Hakimiyyətinin Başçısı ali məktəbə qəbul imtahanlarında yüksək bal toplayan məzunların mükafatlandırılmasını hər il diqqətdə saxlayır və bu dərs ilində də ali məktəbə yüksək balla qəbul olunanlar rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.

Rayonun təhsil müəssisələrində istedadlı gənclərlə məqsədyönlü iş aparılmış, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması sahəsində işlər davam etdirilmişdir. Rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında 2016-cı ilin 9 ayı ərzində fənlər üzrə olimpiadanın rayon turu keçirilmiş, 28 nəfər şagird olimpiadanın zona turunda iştirak etmək üçün vəsiqə almış və mart ayında zona turunda iştirak etmişlər. Bununla yanaşı rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında fənlər üzrə bilik yarışları keçirilmiş, müxtəlif fənlər üzrə sərbəst olimpiadalar təşkil olunmuşdur. Ötən müddətdə istedadlı uşaqların cəlb olunduğu “Kiçik Akademiya”ların iclasları keçirilmiş və uşaqların tədqiqatçılıq fəaliyyətləri gücləndirilmişdir.

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2016-cı ilin noyabr ayında “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində rayonumuzun bir qrup şagirdi Qəbələ, Şəki, Zaqatala rayonlarında olmuşlar. Bu, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Hacıqabul rayonu ümumtəhsil məktəbləri şagirdlərinin sayca 3-cü səfəri idi. Səfər zamanı rayonun 22 məktəbini təmsil edən 40 nəfər dərs əlaçısı, müxtəlif yarış və müsabiqə qalibi olan şagirdlər ölkəmizin görməli yerləri, tarixi və mədəni abidələri ilə yaxından tanış olmuşlar.

Ümummilli lider H.Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir. Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon turunda I yer tutan Udulu kənd tam orta məktəbin IX sinif şagirdi Məmmədova Nahidə Ümüd qızı respublika turuna vəsiqə almış və respublika turunda III yeri tutmuşdur. Şəhər 1 № li tam orta məktəbin IX sinif şagirdi Bəşirova dünya “Gələcək nəsillərlə üz-üzə” inşa müsabiqəsinin respublika mərhələsində III yeri tutmuşdur.

Qarasu kənd tam orta məktəbin VIII sinif şagirdi Səfərova Elnarə VIII Rus dili Olimpiadasında III yerə layiq görülmüşdür.

Şəhər 1 № li tam orta məktəbin XI sinif şagirdi Əsədli Lalə “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon turunun qalibi olmuş və müsabiqənin respublika mərhələsində III yerə layiq görülmüşdür.

2016-cı ilin oktyabr ayında “5 oktyabr-Beynəlxalq müəllim günü” ərəfəsində ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Rəncbər kənd tam orta məktəbin müəllimi İsrəfilova Qənimə Oruc qızı “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Rayonun ümumtəhsil məktəblərində şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində ardıcıl iş aparılır. Böyüməkdə olan nəslin vətənə sədaqət ruhunda tərbiyə edilməsinə xüsusi diqqət yetirən Təhsil Şöbəsi 20-27 fevral tarixlərini hərbi-vətənpərvərlik həftəsi elan etmiş və bununla bağlı tədbirlər planı hazırlanmışdır. Həftə ərzində rayonun bütün təhsil müəssisələrində müxtəlif səpkidə tədbirlər – inşa müsabiqəsi, bilik yarışları, şeir, mahnı, və rəsm müsabiqəsi, dəyirmi masalar, kitab müzakirəsi, milli qəhrəmanlarımız haqqında söhbətlər keçirilmiş və hərbi – vətənpərvərlik mövzusunda bülletenlər buraxılmış, rayon şəhidlərinin doğum və ölüm günləri qeyd edilmişdir.

Eyni zamanda rayonun ümumtəhsil məktəblərində “Şahin” hərbi idman oyunlarının həm məktəb, həm də rayon turu keçirilmişdir.

Ötən il ərzində ümumtəhsil məktəblərində şagirdlərin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi ilə bağlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanmışdır. 5 Mart Bədən tərbiyəsi və İdman günü münasibətilə rayon Gənclər və İdman idarəsi ilə birgə geniş tədbir və qızlar arasında voleybol üzrə şəhər birinciliyi keçirilmişdir.

Görülən işlər, qazanılan uğurlarla yanaşı bir sıra problemlər də vardır. Son illərdə rayonda 19 yeni məktəb binası tikilsə, 8 məktəbin binası əsaslı təmir olunsa da, bu istiqamətdə problemlər qalmaqdadır. Belə ki, şəhər 3 və 7 saylı məktəblərin yeni bina tikintisinə, şəhər 5 saylı, Muğan qəsəbə, Navahı və Talış kənd məktəblərinin binalarının əsaslı təmirə ehtiyacı vardır. Atbulaq və Meyniman kənd məktəblərində qazanxana tikilməsinə və istilik sistemi quraşdırılmasına ciddi ehtiyac vardır.

Rayonda 106 çarpayılıq 2 xəstəxana, Uşaq Tibb mərkəzi, 10 həkim və 12 tibb məntəqəsində 53 həkim, 166 orta tibb işçisi əhaliyə səhiyyə xidməti göstərir. Rayon səhiyyəsinin strukturuna Dəmir yol xəstəxanası və Qovşaq dəmiryol poliklinikası, həmçinin Gigiyena və Epidemiologiya mərkəzi daxildir.

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə 17 yaşdan yuxarı respublika əhalisinin kütləvi şəkildə tibb profilaktik müayinələrdən keçirilməsi ilə əlaqədar başlayan aksiya zamanı 70 mindən yuxarı əhalisi olan Hacıqabul rayonunun 53506 nəfəri tibbi müayinələrdən keçmiş, bunların arasında 664 nəfər xəstə aşkar edilmiş, həmin xəstələr rayon Mərkəzi Xəstəxanasında və Respublikanın müxtəlif tibb müəssisələrində müayinəyə cəlb olunmuşlar.

2016-cı ildə ilkin onkoloji xəstə 71 nəfər, ilin sonuna isə 212 nəfər olmuşdur.

Ötən il 202 nəfər xəstə şəkərli diabetlə ilkin qeydə alınmış, hazırda 1180 nəfər şəkərli xəstə kimi dispanser qeydiyyatında dayanır. Qeydiyyatda olan bütün xəstələr şəkər salıcı dərmanlar, qlükometr testləri ilə təmin olunmuşlar.

31 nəfər talassemiyalı xəstə dispanser qeydiyyatında olmuşdur. Bunlardan 3 nəfəri ilkin talassemiyalı xəstədir.

Ötən ildə insanın immun çatışmamazlıq xəstəliyinə yoluxmuşların aşkar olunması məqsədi ilə 1673 qan nümunəsi götürülərək QİÇS-ə görə müayinəyə göndərilmiş, 653 nəfər ekspress testlə müayinə edilmişdir.

Ötən müddətdə rayon üzrə 1036 doğuş qeydə alınmış, evdə doğuş olmamış, ana ölümü olmamışdır. İl ərzində 1 yaşa qədər uşaq ölümü 1 nəfər, ölü doğulan uşaqların sayı 2 nəfər olmuşdur.

Cərrahi şöbədə 316 cərrahiyyə əməliyyatı aparılmışdır. Cərrahi əməliyyatdan sonra ölüm halı baş verməmişdir.

Uşaqlar arasında profilaktik peyvəndlər təqvim planına uyğun aparılmış və ümumilikdə 6218 uşağa profilaktik peyvənd aparılmışdır. İl ərzində ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq uşaqların icbari dispanserizasiyası aparılması prosesində 16969 uşaq müayinə olunmuş, 296 uşaq müxtəlif xəstəliklər üzrə dispanser qeydiyyatına götürülmüşdür.

Nəzərdə tutulmuşdur ki, istər böyüklər, istərsə də uşaqlar arasında tibbi profilaktik müayinələr ölkə Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq 2017-ci ildə də aparılacaqdır.

Hesabat ilində Mərkəzi Rayon Xəstəxanasında qanvermə aksiyası keçirilmiş, 130 nəfərdən qan götürülmüşdür. Uşaq Tibb Mərkəzi istilik sistemi ilə təmin olunmuş, xəstəxananın həyətinə 500-dən artıq yeni ağac və 1000 ədəd müxtəlif gül və çiçək kolları əkilmişdir.

Qeyd etmək lazımdır ki, görülmüş işlərlə yanaşı görüləcək işlər də vardır. Rayon səhiyyəsində ixtisaslı mütəxəssis həkim kadrların olmaması, (LOR həkimi, həkim travmatoloq, həkim onkoloq, həkim dermatoveneroloq, həkim psixiatr, həkim psixo-narkoloq və s.) eyni zamanda orta tibb işçisi personalının çatışmazlığı əhalinin lazımı səviyyədə mütəxəssis müayinəsindən keçirilməsinə, xəstəliklərin vaxtında aşkar olunmasına və qeydiyyata alınmasına mane olur.

Səhiyyə işinin rayon mərkəzində yüksək səviyyədə təşkil olunması üçün yeni bir korpusun tikilməsinə böyük ehtiyac vardır.

Təcili yardımın avtomobilə və həkim kadrlara ehtiyacı var. Stansiya uyğunlaşmış binada yerləşir.

Hamımıza məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 mart 2016-cı il tarixli “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Sərəncamı ilə rayon Mədəniyyət və Turizm şöbələrinin bazasında regional Mədəniyyət və Turizm idarələri yaradılmışdır. Hacıqabul rayonunun mədəniyyət müəssisələri də 2017-ci ilin yanvar ayından etibarən Sərəncama uyğun olaraq Sabirabad Regional Mədəniyyət və Turizm idarəsinin tərkibində fəaliyyət göstərir.

Rayon Mədəniyyət və Turizm sahəsində 19 klub müəssisəsi, o cümlədən 1 rayon, 7 kənd Mədəniyyət evi, 2 şəhər, 9 kənd klubu, MKS-i üzrə 27 müstəqil dövlət kitabxanası, o cümlədən rayon Mərkəzi Kitabxanası, 9 şəhər və qəsəbə kitabxanası, 17 kənd kitabxana filialı, 7 illik şəhər Uşaq musiqi məktəbi, Tarix-Diyarşünaslıq Muzeyi, Heydər Əliyev Mərkəzi, 14 Arxeoloji Tarixi abidələr fəaliyyət göstərir.

2016-cı il ərzində rayon Mədəniyyət və Turizm şöbəsinin tədbirlər planına uyğun olaraq gənclərin asudə vaxtının səmərəli təşkili, onlarda hərbi vətənpərvərlik hissinin gücləndirilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirilmişdir. Qubalıbalaoğlan kənd klubunda idman dərnəyi, Şəhər klubunda, Muğan qəsəbə klubunda, Cəngən kənd diyarşünaslıq evində tibb kursları təşkil olunmuşdur. Ərazilər üzrə rayonumuzun bütün kəndlərindən gənc və yeniyetmələr bu kurs və dərnəklərə cəlb olunmuşdur. Bundan əlavə tədbirlər planına uyğun olaraq “Mədəniyyətimizi təbliğ edək” devizi altında rayonun mərkəzində, qəsəbə və kəndlərində yerləşən mədəniyyət müəssisələrində, o cümlədən, Heydər Əliyev Mərkəzində, Tarix-Diyarşünaslıq muzeyində, rayon Mədəniyyət Mərkəzində, klub və mədəniyyət evlərində, rayon Mərkəzi Kitabxanası və onun filiallarında müxtəlif mövzulu sərgilər təşkil edilib, fotoguşələr yaradılmışdır. Rayon Mədəniyyət Mərkəzinin “Nur” insturumental ansamblı, kənd klub və mədəniyyət evlərinin kollektivləri əhali qarşısında konsert proqramları ilə çıxışlar təşkil etmişlər. Şəhər folklor klubunda “Narkomaniyaya qarşı mübarizə” devizi altında “Qəribə taleyim”, “Dələduzlar” adlı tamaşalar hazırlanıb, nümayiş etdirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar ilin ilk günlərindən etibarən “Azərbaycanda Multikultaralizm”, “Multikulturalizm Azərbaycan xalqının milli mənəvi dəyəridir” devizi altında rayonun mədəniyyət müəssisələrində müxtəlif məzmunlu tədbirlər, o cümlədən; sərgilər, görüşlər həyata keçirilmişdir.

Ötən il Rayon Mədəniyyət və Turizm şöbəsi üzrə “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” yaradılmışdır. Qrup mədəniyyət müəssisələrində çalışan gənc əməkdaşların fəaliyyətinin stimullaşdırılması və onların potensialından daha geniş və səmərəli istifadə edilməsi ilə bağlı ilkin işlər görmüş, gənc əməkdaşların məlumat bazası hazırlanmışdır.

Şəhər Uşaq Musiqi məktəbində 7 ixtisas üzrə, o cümlədən; fortepiano, kamança, qarmon, skripka, qaboy, nağara, tar ixtisasları üzrə şöbələr fəaliyyət göstərmişdir. Məktəbdə həmin ixtisaslar üzrə 203 şagirdin ibtidai musiqi təhsili ilə 47 müəllim məşğul olur. 2015-2016-cı tədris ilində 29 şagird məktəbi tam bitirmişdir. Məktəbi müvəffəqiyyətlə bitirmiş şagirdlərdən 7 nəfər respublikanın müxtəlif musiqi kolleclərinə daxil olmuşdur. İyun ayında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə keçirilən müsabiqədə şagirdlər uğurla iştirak etmişlər. Bakı şəhərində keçirilən Ədilə Hüseynzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş Fortepiano ansamblı və müşayiət üzrə Respublika müsabiqəsində uğurlu çıxışlarına görə məktəbin VII sinif şagirdləri 4 “Fəxri Fərman” və 2 “Tərifnamə” ilə mükafatlandırılmışdır. Qalib iştirakçıların solo konsertləri təşkil olunmuş, rayon Mədəniyyət və Turizm şöbəsinin hədiyyələri şagirdlərə təqdim olunmuşdur.

2016-cı il ərzində rayon Tarix-Diyarşünaslıq muzeyinin əsas fonduna keçən ilin müvafiq dövrü ilə müqayisədə 248 ədəd yeni eksponat daxil olmuş, eksponatların ümumi sayı 6002-yə çatmışdır. 2016-cı ildə muzeydə keçirilən tədbirlərdə 30 qrup şəkilində 519 nəfər, fərdi gəlişlər 112 nəfər, cəmi 631 tamaşaçı iştirak etmişdirsə 2016-cı ildə keçirilmiş tədbirlərdə 1068 nəfər tamaşaçı iştirak etmişdir. İştirak edənlərin 845 nəfəri 30 qrup şəkilində, 223 nəfəri isə fərdi şəkildə iştirak edən ekskursiyaçı olmuşdur.

2016-cı il ərzində Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin fəaliyyəti səmərəli olmuşdur. Mərkəz hesabat dövründə 8868 nəfər tamaşaçı qəbul etmiş, 240 qrup halında 85 ekskursiya təşkil olunmuşdur. 2016-cı ildə Mərkəzdə 39 nikah mərasimi qeyd olunmuşdur.

 Mərkəzdə xalq yaradıcılığı studiyasında gənclər, xalça toxumaq, foto, rəsm sənətinin sirlərini və xarici dilləri öyrənirlər. Elektron kitabxanadan və internetdən istifadə edirlər.

2016-cı il ərzində Hacıqabul rayon Mərkəzi Kitabxanasında və onun filiallarında illik və aylıq tədbirlər planına uyğun olaraq, kitab fondunun təbliğinə kömək məqsədi ilə bir sıra tədbirlər hazırlanaraq həyata keçirilmişdir. Öz vəzifəsini rayonun 72,5 mindən çox əhalisinə kitabla xidmətdə görən rayon dövlət kütləvi kitabxanaları, rayonun ərazisindəki bütün kitabxanalardan oxucuların tam istifadəsinə nail olmaqdan ötrü özünün bütün imkanlarından istifadə etmişdir. Hacıqabul şəhər folklor klubunda, rayon Mərkəzi Kitabxanası və onun filiallarının birgə hazırladığı “Ana yurdum cəlalımdır, canımdır” adlı şer müsabiqəsi keçirilmişdir. Tədbirdə qalib gələn məktəbli oxuculara müxtəlif hədiyyələr təqdim olunmuşdur. Keçirilən tədbirlərdə Qarabağ müharibəsinə həsr edilmiş “Dolu” filmi nümayiş etdirilmişdir.

Rayon Mədəniyyət Mərkəzinin qarşısında; “Teatr xadimlərimiz”, “Kənd təsərrüfatına aid kitablar”, “Uşaqlar dünyanın sevincidir” adlı sərgilər nümayiş etdirilmiş, “Turizm guşəsi” təşkil olunmuşdur. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin 10 illik yubileyi ilə bağlı Mərkəzi Kitabxananın qarşısında kitab sərgisi təşkil olunmuşdur.

2016-cı ilin cari dövründə Hacıqabul rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitab fondunun ümumi sayı 156432 nüsxədən ibarətdir.

Hesabat dövründə rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi üzrə oxucuların sayı 15628 nəfər, kitab verilişi 204933 ədəd, kitabxanalara gəliş 188.200 nəfər olmuşdur. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin kitabxana-informasiya şəbəkəsinə daxil olan kənd kitabxana filiallarının fəaliyyətinin yaxşılaşdırılmasına dair 2015-2017-ci illər üçün tədbirlər planının 27,28-ci bəndlərinə uyğun olaraq ahıl yaşlı oxuculara, əlillərə evlərdə səyyar kitabxana xidmətinin təşkili həyata keçirilmiş, məktəblilər üçün kitabxanalarda “Yay məktəbləri”, şəhər və kəndlərin müxtəlif məkanlarında, idarə və təşkilatlarda “Açıq kitabxanalar”, “Səyyar kitabxanalar” təşkil olunmuşdur.

Kitabxanaların informasiyalaşdırılması sahəsində işlər davam etdirilmişdir. Kitabxanalara 80 ədəd yeni SD, DVD diskləri verilmişdir. Eyni zamanda 47941 ədəd latın qrafikalı, 48005 ədəd kril qrafikalı, cəmi 95946 ədəd ədəbiyyatın elektron variantı hazırlanmışdır. 2016-cı il ərzində 191 ədəd dövrü mətbuat məqaləsi haqqında məlumatlar Mərkəzi Kitabxananın VEB saytında yerləşdirilmişdir.

Görülmüş işlərlə yanaşı bir sıra problemlər də mövcuddur; Rayon Mərkəzi Kitabxanası, şəhər 7 illik Uşaq Musiqi məktəbi, İcra nümayəndəlikləri ərazisində yerləşən kitabxana və klublar uyğunlaşdırılmış binalarda fəaliyyət göstərir. Bu isə əhaliyə yüksək səviyyədə mədəni xidmət göstərilməsinə mənfi təsirini büruzə verir.

Rayon Gənclər və İdman İdarəsi hesabat ilində gənclərlə iş və idman sahəsi üzrə bir sıra tədbirlər həyata keçirmişdir.

Yeniyetmə və gənclərdə hərbi vətənpərvərlik və vətəndaşlıq hissinin yüksəldilməsi sahəsində “Qarabağda yerləşən tarixi və mədəni abidələri tanıyaq və tanıdaq” mövzusunda təlim, “Qanlı yanvar”, “Ana dilin-doğma dilim” mövzusunda şeir müsabiqələri, “Xocalı soyqırımı gənc rəssamların əsərlərində” rəsm müsabiqəsi, “Tariximizi gəzə-gəzə öyrənək” devizi altında təlim, “Dünya Azərbaycanlılarının soyqırımı günü” mövzusunda görüş, “şahin” hərbi-idman oyunları, “Azərbaycanın tarixi abidələri gənclərin günü ilə” təlim, “Şuşa xalqımızın tarix və memarlıq abidəsidir” mövzusunda görüş, “Biz Sülh istəyirik” rəsm müsabiqəsi, “Ürəklərdə yaşayan lider” şeir müsabiqəsi, “28 may Respublika günü”, “18 oktyabr Dövlət Müstəqilliyi günü” münasibəti ilə dəyirmi masalar, “Dövlət Bayramı günü” münasibəti ilə yürüş, “Odlar Yurdu Azərbaycan” intellektual yarış, Ümummilli liderin vəfatının il dönümü ilə bağlı “Unudulmaz Lider” mövzusunda şeir müsabiqəsi, Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə “Vətənimiz evimizdir” adı altında müxtəlif bayram tədbirləri həyata keçirilmişdir.

İl ərzində boks üzrə rayon birinciliyi, voleybol üzrə oğlan və qızlar arasında şəhər birinciliyi, Yunan-Roma güləşi, “Vətənin Müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə şəhər birinciliyi, “Şən startlar” əyləncəli idman oyunları, “Mənim yaşıl meydançam” adı altında 15-16 yaşlı idmançılar arasında futbol üzrə şəhər birinciliyi keçirilmişdir.

Ümumiyyətlə 2016-cı il ərzində gənclər arasında 56 tədbir həyata keçirilmiş və bu tədbirlərə 4709 nəfər cəlb olunmuşdur.

Ötən il Bakı şəhərində boks üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyində 60 kq çəki dərəcəsində həmyerlimiz Davidov Kənan I yerə, 46 kq çəki dərəcəsində Məmişov Ağa II yerə, kikboksinq üzrə 22-ci ölkə çempionatında 5 idmançımız III yerə layiq görülmüşlər.

Yeniyetmələrin X Respublika Oyunlarının proqramına daxil olan boks üzrə final yarışlarında həmyerlimiz Əkbərov Baloğlan Yaşar oğlu I yerə, Nəzərov Riad Mustafa oğlu II yerə, Cavadov İsmayıl Ramil oğlu isə III yerə layiq görülmüşlər.

Rayon əhalisinin maddi-rifah halının yaxşılaşdırılması İcra Hakimiyyətinin daimi diqqət mərkəzində olmuşdur.

Ölkə iqtisadiyyatının durmadan yüksəldilməsi sayəsində artan maliyyə imkanlarımız xalqın rifahının daha da yaxşılaşdırılmasına yönəldilir.

Hesabat ilində rayon əhalisinin sayı 1,1 min nəfər artaraq 73.6 min nəfər olmuşdur. Bundan iqtisadi fəal əhalinin sayı 36,5 min nəfər olmaqla ümumi əhalinin 49,6%-ni təşkil edir. Məşğul əhalinin sayı 36,0 min nəfər olmuşdur. Bunun 5,6 min nəfəri, yəni 15,5%-i dövlət sektorunda, 30.4 min nəfəri, yəni 84,5%-i xüsusi sektorda çalışır. 2016-cı ildə rayon Məşğulluq Mərkəzinə 2793 nəfər işaxtaran kimi müraciət etmiş, işə düzələnlər 827 nəfər olmuşdur. 188 nəfərə işsizlik statusu verilmişdir ki, onlardan 88 nəfəri qadınlardır. Ümumilikdə il ərzində 2376 yeni iş yeri açılmışdır ki, bunun da 2237-si daimi iş yerləridir. Əhalinin həyat səviyyəsinin göstəricisi olan orta aylıq əmək haqqı 16.9 manat artaraq 309,8 manat olmuşdur.

01 yanvar 2017-ci il vəziyyətinə Dövlət sosial Müdafiə Fondu Hacıqabul rayon şöbəsində qeydiyyatda olan pensiyaçıların ümumi sayı 7258 nəfər olmuşdur. Bunlardan 4130 nəfəri yaşa görə, 1961 nəfəri əlilliyə görə, 1167 nəfəri isə ailə başçısını itirməyə görə olan pensiyaçılardır. Bundan əlavə ötən ildə 5746 ailəyə müxtəlif pensiya, təqaüd, müavinət və yardım xidmətləri göstərilmişdir ki, bu da 8923 nəfəri əhatə etmişdir.

2016-cı ildə rayon büdcəsinin mədaxil hissəsi 5 022 000 manata qarşı 5 807 811 manat və ya 115,6% icra edilmişdir. Büdcənin xərc hissəsi 13 299 148 manat təyinata qarşı 12 889 343 manat, yəni 96,9% icra edilmişdir.

Rayon İcra Hakimiyyətinin “Büdcədən kənar və Sair xərcləri” vəsaitindən cari il ərzində 714 nəfər rayon sakinlərinə ümumilikdə 86628,00 (səksən altı min altı yüz iyirmi səkkiz) manatlıq yardım etmiş, o cümlədən “Novruz” bayramı münasibəti ilə rayonun 246 nəfər Şəhid, kimsəsiz, tənha yaşayan ailələrinə, Böyük Vətən Müharibəsi, Qarabağ və Çernobıl əlillərinə 12250 manat, Bahar bayramı münasibəti ilə rayonun park və küçələrinin bəzədilməsi və Ümummilli lider Heydər Əliyevin pannosunun dəyişdirilib yenisi ilə əvəz olunmasına 3500 manat və Azərbaycan Demokratik Respublikası yaradılmasının 98-ci ildönümü ilə əlaqədar tədbirlərin keçirilməsinə görə 4920 manat, rayonda yaşayan Rus millətindən olan 19 nəfər sakinlərə “Pasxa” bayramı münasibətilə 380 manat, “Qurban” bayramı ilə əlaqədar 4930,00 manat, “Ölkəmizi tanıyaq” devizi altında təşkil olunmuş VI tur-aksiyada rayonun ümumtəhsil məktəblərinin bir qrup IX-XI sinif fəal şagirdlərinin Qəbələ rayonuna ekskursiyaya olunmasına görə 13000 manat, ”N”-saylı hərbi hissəsinin ətraf sahəsində ağac tinglərinin alınıb əkilməsinə 1000 manat, eləcə də İkinci Udullu İƏD-nin Tava kənd sakini Ruhullayev Mübariz Mirzağa oğluna yaşayış evinin bir hissəsinin qismən yanması nəticəsində dəyən ziyana görə 500 manat və Hacıqabul şəhər sakini Almazov Almaz Sahib oğluna təhsil aldığı ali məktəbə təhsil xərcinin ödənilməsinə görə 1250 manat maddi yardım göstərilmişdir.

Yaşayış evinin tikintisi üçün Hacıqabul şəhər sakini, Qarabağ Müharibəsi əlili Nəcəfov Şəmsi Vəli oğluna 660 manat, I qrup əlil Piriyev Nadir Mürşüd oğluna 500 manat, Aliyev Rəşad Pənah oğluna 550 manat, Cəbrayılova Ofelya Cəbrayıl qızına hüzr və ev təmirinə görə 1300 manat, Kazımova Sevinc Nobil qızına yaşayış evinin təmir işlərinə görə 1000 manat, rayonun Qızılburun kənd sakini Dəmirov Yalçın Səməd oğluna 5669 manat məbləğində tikinti və inşaat materiallarının alınmasına görə maddi yardım edilmişdir.

Azərbaycan xalq artisti, Əməkdar incəsənət xadimi, bəstəkar Elza İbrahimovanın 80 illik yubileyi münasibəti ilə hazırlanmış xatirə kitabının nəşrinə görə 2700 manat maddi köməklik göstərilmişdir.

Bunlardan əlavə rayonun 45 nəfər vətəndaşlarına müalicə və kirayə haqqı üzrə ödənişlərində çətinlik çəkdiklərini bildirdikləri üçün 17450 manat məbləğində maddi yardım verilmişdir.

2016-cı il ərzində polis şöbəsi tərəfindən Rayon ərazisində 185 cinayət hadisəsi qeydə alınmışdır. Onlardan 16-ı ağır və xüsusi ilə ağır cinayətlər. Baş vermiş cinayətlərin açılması 89,6 faiz təşkil olmuşdur.

Dövr ərzində Polis şöbəsinin əməkdaşları tərəfindən keçrilən əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi faktları ilə əlaqədar 52 cinayət faktı aşgar edilmişdir. Qanunsuz dövriyyədən ümumilikdə 4687.621 qram çəkidə müxtəlif növ narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Rayonda 268 nəfər narkoman kimi dispanser qeydiyyatında, 71 nəfər şəxs isə profilaktiki qeydiyyatdadır.

İl ərzində yetkinlik yaşına çatmayanlar tərəfindən 2 cinayət hadisəsi qeydə alınmışdır.

2016-cı il ərzində rayon prokurorluğuna 19 cinayət işi, digər orqanlardan 3 iş daxil olmuş, icraata qəbul edilmiş 11 cinayət işindən 2 iş rayon prokuroru tərəfindən başlanmış, 2 iş isə əvvəllər başlanmış cinayət işi olmaqla təkrarən icraata qəbul edilmişdir. İl ərzində fiziki və hüquqi şəxslərə ziyan vurulması ilə bağlı 2 cinayət işi istintaq edilmiş, həmin işlər üzrə 15.179 manat ziyandan istintaq zamanı 6.200 manat ödənilmişdir. İl ərzində Rayon prokuroru və əməkdaşları tərəfindən 187 nəfər vətəndaş qəbul edilmişdir.

2016-cı il ərzində Rayon Qeydiyyat şöbəsində 1304 doğum, 426 ölüm, 453 nikah bağlanması qeydə alınmışdır. 90 nikah pozulması rəsmiləşdirilmişdir. Qeydiyyatlarla əlaqədar 4323 manat dövlət rüsumu vətəndaşlar tərəfindən dövlət büdcəsinə köçürülmüşdür.

Ötən il ərzində Rayon Dövlət notariat kontorunda 7352 notariat əməliyyatı rəsmiləşdirilmişdir. Əməliyyatların rəsmiləşdirilməsi ilə əlaqədar dövlət büdcəsinə 61518 manat dövlət rüsumu və 13057 manat xidmət haqqı vətəndaşlar tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

Rayonda 9 siyasi partiya, 21 ictimai təşkilat, 8 qeyri hökumət təşkilatı, 12 dini icma, 6 pir, 1 ziyarətgah və 2 informasiya vasitəsi vardır. Hesabat dövründə Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin siyasi partiyalar və ictimai təşkilatlarla əlaqəsi xeyli canlanmış, aparılan ideya-siyasi işin səviyyəsi artmışdır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin məruzə və çıxışlarından irəli gələn vəzifələrin operativ qaydada əhaliyə çatdırılması məqsədi ilə yaradılmış təbliğat qrupları rayonun idarə, müəssisə və təşkilatlarında, habelə yaşayış məntəqələrində, xüsusi ilə Heydər Əliyev Mərkəzində müxtəlif görüşlər keçirmişlər. Bu görüşlərdə minlərcə sakin iştirak etmiş, onlarla mühazirələr və məruzə oxunmuşdur.

 Bundan başqa Mərkəzdə əhalinin bütün təbəqələrini cəlb etməklə dövlət bayramları, tarixi günlərə həsr edilmiş çoxsaylı tədbirlər keçirilmişdir.

Mərkəzdə yeni ailə quran gənclərin nikah mərasimi keçirilməsi davam etdirilir. Ötən müddət ərzində 39 nikah mərasimi qeyd olunub. Burada rəsm və xalça-toxuculuq dərnəkləri fəaliyyət göstərir. Eyni zamanda Mərkəzdə rayonun XI sinif şagirdlərinə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial iqtisadi inkişafının təminatçısıdır” mövzularında dərslər keçirilir. Hesabat dövründə Heydər Əliyev Mərkəzi 8868 ziyarətçi qəbul etmişdir.

İcra Hakimiyyəti rayonun mətbuat orqanı olan „Hacıqabul” qəzetinin fəaliyyətini və dövriliyini artırmaq məqsədi ilə redaksiya kollektivinə daim diqqət və lazımı köməklik göstərir.

Rayon ərazisində 18 İnzibati Ərazi Dairələri üzrə nümayəndəlik və 15 bələdiyyə fəaliyyət göstərir. Nümayəndəliklər öz işlərini „Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə”yə uyğun quraraq işlədikləri ərazi dairələrində Başçısının səlahiyyətlərinin həyata keçirilməsinə kömək edir, verilmiş tapşırıqları həyata keçirir, qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparır, ailə vəziyyətini təsdiq edən və digər arayışlar verir. Sakinlər tərəfindən daxil olmuş müraciətlərə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə cavablar verilmişdir. İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə təlimata uyğun olaraq tərtib edilmiş əlifba və təsərrüfatbaşına kitablarda qeyd və dürüstləşmələr işlənmişdir.

Bütün İnzibati Ərazi Dairələri müasir kompüterlə təchiz olunmuşdur. Nümayəndəliklərdə sənədləşmə və kargüzarlıq işlərinin qanuna uyğun aparılması daim diqqət mərkəzində olmuşdur. İnzibati Ərazi Dairələrinin kargüzarları ilə hər ay mütəmadi olaraq seminarlar keçirilir. Sənədləşmə işlərinin qanuna uyğun aparılması məqsədi ilə seminarlarda müvafiq idarə və təşkilatların məsul işçiləri iştirak edirlər. İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərdə sənədləşmə və kargüzarlıq işlərinin vəziyyəti rayon İcra Hakimiyyətinin Başçısı yanında Şurada müzakirə olunmuşdur.

 2016-cı ilin yekunları ilə bağlı rayonun İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərdə hesabat yığıncaqları keçirilmişdir. Qəsəbə və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərdə keçirilmiş hesabat yığıncaqlarında ərazilərdə sosial problemlərin aradan qaldırılması istiqamətində görülmüş və hazırda davam etdirilən işlər qeyd olunmuşdur. Yığıncaq iştirakçıları tərəfindən irəli sürülmüş rəy və təkliflərin bir qismi ərazilərdə yüksək gərginlikli elektrik dirəklərinin istismar müddətinin başa çatdığı üçün onların yenidən qurulması və “Smart Kart” tipli sayğaclarla təmin edilməsi məqsədi ilə lazımi təşkilatlar qarşısında məsələ qaldırılması təklif olunmuşdur. Rayonun Birinci Udullu, İkinci Udullu, Şorbaçı kənd İƏD üzrə nümayəndəliklərində keçirilmiş hesabat yığıncaqlarında suvarma və içməli suyun əhaliyə verilməsində olan problemlərdən bəhs edilmiş, Pirsaat çayının Şorbaçı və Rəncbər kəndlərində keçən hissəsində körpülərin qəzalı vəziyyətdə olduğu, Talış, Muğan və Navahı kənd tam orta məktəblərində əsaslı təmirə ehtiyac olduğu qeyd olunmuş və mövcud problemlərin aradan qaldırılması üçün tədbirlərin görülməsi xahiş olunmuşdur.

Rayonun ərazisində fəaliyyət göstərən İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərlə, yerli özünüidarəetmə orqanı olan bələdiyyələr arasında qarşılıqlı əlaqələr yaradılmış, ərazilərdə olan sosial problemlərin həlli istiqamətində bir sıra işlər görülmüşdür.

Görülmüş işlərlə yanaşı bəzi çatışmazlıqlar da mövcuddur. Belə ki, Padar qəsəbəsində bələdiyyələrlə nümayəndəliyin qarşılıqlı əlaqələri günün tələblərinə səviyyəsində qurulmamışdır. Ərazidə məişət tullantılarının yığılması, daşınması, abadlaşma, yaşıllaşdırma, təmizlik işlərinin yerinə yetirilməsi zəif aparılmışdır. Padar, Muğan, Hacıqabul və Abdulabad bələdiyyələri Milli Assosiasiyaların üzvlük haqqını vaxtında ödəməmişdir. Padar qəsəbə bələdiyyəsinin sədri tutduğu vəzifəni lazımınca icra edə bilmədiyi üçün bələdiyyə üzvlərinin qərarı ilə tutduğu vəzifədən azad edilmişdir.

Hesabat dövründə İcra Hakimiyyəti Başçısı tərəfindən 190 sərəncam verilmişdir. Sərəncamlar aparatın müvafiq şöbələri tərəfindən hazırlanmış, icrası nəzarətə götürülərək təmin edilmişdir.

 Rayon İcra Hakimiyyəti Başçısı yanında Şura öz işini təsdiq etdiyi Perspektiv İş Planına əsasən quraraq hesabat ilində 26 iclas keçirərək 56 məsələ müzakirə etmişdir. Hesabat dövründə Şuranın fəaliyyəti və Şura üzvlərinin təşəbbüskarlığı xeyli artmışdır.

 Rayon İcra Hakimiyyəti aparatı vətəndaşlardan daxil olmuş ərizə və şikayətlərin baxılmasına, onların qəbulunun təşkilinə xüsusi diqqət yetirmişdir. Ötən il İcra Hakimiyyətinə 805 təklif, ərizə və şikayət daxil olmuşdur. Müraciətlərin 237-i Prezident Administrasiyasından, 13-ü Milli Məclisdən, 13-ü Nazirlər Kabinetindən, 37-i Respublikanın digər rəhbər təşkilatlarından, 505-i isə əhalidən olmuşdur. 2016-cı ildə daxil olmuş müraciətin ümumi sayı 2015-ci illə müqayisədə 13, Prezident Administrasiyasından daxil olmuş müraciətlərin sayı 38 ədəd çox, nəzarətdə olan müraciətlərin sayı 2 ədəd artıq olmuşdur.

İcra Hakimiyyətinə daxil olmuş bütün müraciətlər “Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə” və “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq vaxtında araşdırılaraq müvafiq orqanlara və vətəndaşlara cavab verilmişdir.

İcra Hakimiyyəti hesabat dövründə vətəndaşların qəbulu işini ciddi nəzarətə götürmüşdür. 2016-cı ildə İcra Hakimiyyətinin Başçısı və müavinləri tərəfindən 952 nəfər vətəndaş qəbul edilmişdir. Onların 539 nəfəri İcra Hakimiyyətinin Başçısı tərəfindən dinlənilmişdir. Qəbul edilən vətəndaşların 318-i yaşayış yerlərində dinlənilmişdir. Belə qəbullar İcra Başçısının bütün İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərini əhatə edən yaşayış məntəqələrində təşkil edilmişdir. Yerlərdə vətəndaşlar tərəfindən edilən müraciətlər aparatın müvafiq şöbələri tərəfindən icraata götürülür və nəzarətə alınır. İcra Hakimiyyətində mütəmadi olaraq idarə, müəssisə və təşkilatlarda vətəndaşların müraciətlərinə baxılması müzakirə edilir, müvafiq tədbirlər görülür.

İcra Hakimiyyəti Başçısı Aparatında kadr məsələlərinə dair daxil olan sənədlərə “Dövlət qulluğu haqqında” Qanuna, Əmək Məcəlləsinə və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun yanaşılır. Aparatda kadrların müsabiqə yolu ilə dövlət qulluğuna qəbul edilməsi ilə bağlı müvafiq Komissiya yaradılmış və onun işi “Dövlət qulluğu haqqında” Qanuna uyğun təşkil edilmişdir.

Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının 26 dekabr 2016-cı il tarixli geniş iclası keçirilmişdir. İclasda səsləndirilmiş irad və qeydlərlə əlaqədar hər cür neqativ hallara, rüşvətxorluğa və korrupsiyaya qarşı ciddi və sistemli mübarizə aparılması əsas vəzifə kimi qarşıya qoyulmuşdur. Müşavirədə səsləndirilmiş irad və qeydlər konkret tədbirlərin müəyyənləşdirilməsi ilə əlaqədar aidiyyəti üzrə rayon icra hakimiyyətinə göndərilmişdir. Qeyd olunanlarla əlaqədar müvafiq tədbirlərin görülməsi məqsədi ilə rayon icra hakimiyyətində Sərəncam imzalanmış və tədbirlər planı təsdiq olunmuşdur. Tədbirlər planına əsasən Rayon İcra Hakimiyyətinin şöbələri , hüquq mühafizə orqanları ilə birlikdə yerlərdə əhalinin haqlı narazılığına səbəb olan , sahibkarlığın inkişafına süni əngəllər yaradan, bank, tikinti, nəqliyyat, kənd təsərrüfatı, təhsil, səhiyyə, ticarət, iaşə, sosial müdafiə və digər sahələrdə neqativ faktların, vətəndaşların müraciətində göstərilən rüşvətxorluq və korrupsiya faktlarının operativ şəkildə araşdırılması, təsdiqini tapan hər cür mənfi əməllərin aidiyyəti orqanlara vaxtında çatdırılmasını təmin etməlidirlər. Eyni zamanda əhalinin daha çox cəmləşdiyi ərazilərdə korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın 26 dekabr 2016-cı il tarixli müşavirəsində səsləndirilmiş irad və qeydlərin öyrənilməsi, rüşvət və korrupsiya əməllərinin bütünlükdə cəmiyyətin və dövlətin nüfuzuna zərbə gətirən bir hərəkət kimi pislənilməsi üçün zəruri tədbirlərin görülməsinin vacibliyi qeyd olunmuşdur.

Artıq bu istiqamətdə işlərə başlanılmış, Korrupsiyaya qarşı Komissiyanın 26 dekabr 2016-cı il tarixli iclasında səsləndirilən irad və qeydlər Rayon İcra Hakimiyyəti Başçısı aparatında aidiyyəti idarə və müəssisə rəhbərlərinin və rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə məqsədi ilə yaradılmış rayon komissiyası üzvlərinin iştirakı ilə ətraflı şəkildə müzakirə olunmuşdur. Yerlərdə maarifləndirmə işi aparacaq ideoloji iş fəallarına lazımı tövsiyə və məsləhətlər verilmiş, müvafiq idarə, müəssisə rəhbərlərinə, Başçının şəhər, qəsəbə, kənd İƏD üzrə nümayəndələrinə bir daha tapşırılmışdır ki, vətəndaşların müraciətlərinə, qaynar xəttə daxil olan siqnallara son dərəcə diqqətlə yanaşsınlar, baş verə biləcək neqativ hallara, rüşvətxorluq və korrupsiya faktlarına qarşı daha barışmaz mübarizə aparsınlar, bu sahəyə ictimai nəzarəti gücləndirsinlər.

Rayon İcra Hakimiyyəti bundan sonra da bütün sahələr üzrə baş verə biləcək hər cür neqativ hallara, korrupsiya və rüşvətxorluq faktlarına qarşı mübarizə tədbirlərini gücləndirməklə onların qarşısının vaxtında alınmasına maksimum səy göstərəcəkdir.

Yanvarın 30-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilmişdir. Dövlətimizin başçısı Proqramının icrası istiqamətində görülmüş işlər, həyata keçirilmiş layihələr barədə ətraflı məlumat verməklə yanaşı ölkəmizin inkişafının hərtərəfli və dayanaqlı olması, xalqın güzəranının daha da yaxşılaşdırılması üçün regionlarda infrastruktur layihələri, iş yerləri, sosial müəssisələr yaradılması və iqtisadiyyatın şaxələndirilməsini prioritet vəzifələr kimi dəyərləndirmişdir.

Sevindirici haldır ki, möhtərəm Prezidentimiz yekun nitqində respublikamızda aparılacaq meliorasiya işləri ilə bağlı həyata keçiriləcək layihələrdən bəhs edərkən Hacıqabul rayonunda 4800 hektara əkin suyunun verilməsini təmin etmək üçün dövlət vəsaitinin ayrıldığını bildirmişdir. Digər bir layihənin reallaşması “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən icra ediləcəkdir ki, bunun nəticəsində Hacıqabul və Şamaxı rayonlarında daha  10 min hektar torpaq suvarılacaqdır.

Yekun nitqində dövlətimizin başçısı demişdir – “Biz bütün bu işləri görürük ki, Azərbaycanda inkişaf hərtərəfli və sürətli olsun... Bu gün verdiyim bütün tapşırıqlar yerinə yetirilməlidir. Bu tapşırıqların yerinə yetirilməsi ilə bağlı bütün lazımı tədbirlər görərək, nəzarətdə saxlayacağıq ki, biz 2017-ci ili də uğurla başa vuraq.”

Keçidlər