Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının beşinci ildönümü Hacıqabul rayonunda qeyd olundu.

13 fevral 2017 | 16:00

13.02.2017-ci il tarixində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının beşinci ildönümü Hacıqabul rayonunda da qeyd olundu.

Əvvəlcə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin əməkdaşları və rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoydular. Sonra Heydər Əliyev Mərkəzində dəyirmi masa ətrafında tədbir davam etdirildi. Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin əməkdaşlarını yubiley münasibəti ilə təbrik etdi. Çıxışlardan sonra qısa metrajlı sənədli filmə tamaşa edildi.

Keçidlər