Şriftin ölçüsü :

Saytın rəngi :

“8 mart – Beynəlxalq Qadınlar günü” Hacıqabul rayonunda da qeyd edildi

07 mart 2017 | 16:00

07.03.2017-cı il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “8 mart-Beynəlxalq Qadınlar günü” münasibəti ilə tədbir keçirildi.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu. Mərkəzdə ”8 mart-Beynəlxalq Qadınlar günü”nə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgiyə tamaşa edildikdən sonra yığıncağın rəsmi hissəsi Heydər Əliyev Mərkəzində dəyirmi masa ətrafında davam etdirildi.

Bayram tədbirini giriş nitqi ilə rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov açdı, sonra rayon Suvarma Sistemləri idarəsinin rəisi İbrahim İbrahimov, 58 saylı Hacıqabul-Kürdəmir Dairə Seçki Komissiyasının sədri Məhəmməd Hacıyev, Dövlət Sosial Müdafiə Fondu Hacıqabul rayon şöbəsinin müdiri Xalis Həsənov, Sabirabad Regional Mədəniyyət və Turizm idarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi Elnur Əmiraslanov məruzə ilə çıxış edib qadınları təbrik etdilər. Çıxışlardan sonra rayon İcra Hakimiyyətinin başçısı bir qrup qabaqcıl qadınlara qiymətli hədiyyələr təqdim etdi.

Sonda Beynəlxalq Qadınlar gününə həsr olunmuş videoçarxa tamaşa edildi.

Keçidlər