Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “Pilot Regional İnkişaf Proqramı” ilə bağlı seminar

06 aprel 2017 | 16:00

   Avropa ittifaqı Azərbaycan da daxil olmaqla 5 Şərq Tərəfdaşlığı Ölkəsində inkişaf siyasətinin həyata keçirilməsinə dəstək olaraq Pilot Regional İnkişaf proqramını həyata keçirir.2016-cı ilin aprel ayında Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə birgə “Pilot Regional İnkişaf Proqramı”nın icrasına başlanmışdır.Layihənin məqsədi Azərbaycanda regional inkişafa dəstək vermək, ölkədə iqtisadi, sosial və ərazi vəhdətliyini artırmaq, həmçinin bölgələr arasındakı fərqliliklərin azalmasına yönələn regional planın hazırlanması və həyata keçirilməsi sahəsində nazirliyin potensialını artırmaqdır.

      Hacıqabul rayonunda Heydər Əliyev Mərkəzində 4-5 aprel 2017-ci il tarixində “Pilot Regional İnkişaf Proqramı” ilə bağlı 2 günlük seminar keçirildi.Bu seminar İqtisadiyyat Nazirliyinin əməkdaşlarının moderatorluğu ilə keçirildi.Seminarda rayonun İcra Hakimiyyətinin, bütün idarə və təşkilatlarının nümayəndələri iştirak etdi.Bu seminarda rayonun bütün maraqlı tərəflərinin iştirakı ilə müzakirələr təşkil olundu, rayonun iqtisadi-sosial problemləri aşkar olundu, həmçinin rayonun sosial-iqtisadi inkişaf potensialı müəyyənləşdirildi.
      Diaqnostik mərhələnin başa çatmasından sonra regional strategiyanın hazırlanmasında növbəti addım regionun inkişafına dair məqsədlər və gözlənilən nəticələr, həmçinin planlaşdırılan fəaliyyətlər və zəruri xərclər özündə əks etdirən İcra Planı hazırlanacaqdır.

 

 

 

Keçidlər