Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda ”28 may - Respublika günü”nün 99-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirildi.

26 may 2017 | 16:00

26.05.2017-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində ”28 may - Respublika günü”nün 99-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirildi.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyuldu. Sonra tədbir Heydər Əliyev Mərkəzində dəyirmi masa ətrafında davam etdirildi.
Yığıncağı giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Əhməd Muxtarov açdı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra rayon Arxiv idarəsinin müdiri Nağıyev Vüsal “Azərbaycan milli dövlətçiliyinin bərqərar olunması”, İcra Hakimiyyəti Başçısının Qubalıbaloğlan kənd İƏD üzrə nümayəndəsi Nəzərov Mehman “Azərbaycan Demokratik Respublikasının sosial-siyasi vəziyyəti”, Meyniman kənd tam orta məktəbinin tarix müəllimi Təhməzova Aytən “Azərbaycan Demokratik Respublikasının xarici siyasəti” və N saylı hərbi hissənin zabiti Ceyhun Xəlilov “Azərbaycan Demokratik Respublikası dövründə ordu quruculuğu, ərazi bütövlüyü uğrunda mübarizə” mövzularında çıxış etdilər.

Keçidlər