Şriftin ölçüsü :

Saytın rəngi :

23 iyun Dövlət Qulluqçularının Peşə bayramı münasibəti ilə tədbir

23 iyun 2017 | 16:00

23.06.2017-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Dövlət Qulluqçularının Peşə bayramı münasibəti ilə tədbir keçirildi. Əvvəlcə Ümummilli lider Heydər Əliyevin parkda ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyuldu. Tədbir rayon Heydər Əliyev Mərkəzində dəyirmi masa ətrafında davam etdirildi. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Əhməd Muxtarov açdı və geniş məruzə ilə çıxış etdi.  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra rayon Təhsil şöbəsinin müdiri Şükür Məmmədov, DSMF-nin rayon şöbəsinin müdiri Xalis Həsənov, Gənclər və İdman idarəsinin rəisi Saleh Ələsgərov, Atbulaq kənd İƏD üzrə nümayəndə Pərviz Dadaşov çıxış etdilər. Çıxışlardan sonra 23 iyun “Dövlət Qulluqçularının Peşə bayramı” münasibəti ilə bir qrup dövlət qulluqçusu rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı ilə təltif olundu. Sahib Aslanova isə Dövlət qulluğunda uzunmüddətli, səmərəli fəaliyyət göstərdiyi üçün veteran adı verildi və vəsiqəsi təqdim olundu. Tədbiri İcra Hakimiyyətinin Başçısı yekun nitqi ilə sonlandırdı.

Keçidlər