Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda "Dövlət Bayrağı günü"nə həsr olunan tədbir keçirilmişdir.

09 noyabr 2017 | 16:00

Hacıqabulda "Dövlət Bayrağı günü"nə həsr olunan tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Sonra yüzlərlə hacıqabullu rayondakı Bayraq meydanına yürüş edib. Mərasimdə çıxış edənlər üçrəngli bayrağımızın tarixi haqqında məlumat verib, bayrağımızın hər bir azərbaycanlının qürur mənbəyi olduğunu vurğulayıblar. Müstəqillik tariximizə nəzər salan natiqlər bildirib ki, Ümummilli Liderin xilaskarlıq missiyası Azərbaycanı müasir inkişaf yoluna çıxarıb. Ulu Öndər regionların inkişafını prioritet hesab edirdi. Bu siyasət bu gün də uğurla aparılır. Prezident İlham Əliyevin strateji hədəf kim qarşıya qoyduğu bu xətt Hacıqabulun simasında da özünü aydın göstərir.

Bayram tədbiri məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.

Keçidlər