Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşuldular.

11 noyabr 2017 | 16:00

11 noyabr 2017-ci il tarixdə Hacıqabul rayonundan “Ölkəmizi tanıyaq” tur-aksiyada iştirak edən məktəblilərin yola salınma mərasimi keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində keçirilən tur-aksiyalar gənclərimizə respublikamızın tarixini dərindən öyrənməklə yanaşı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradır.

Yolasalma mərasimindən əvvəl rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsinin məsul işçiləri, valideynlər və məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.

IX-XI sinfində oxuyan 40 şagird və 5 nəzarətçi müəllimdən ibarət olan qrup Rayon İcra Hakimiyyətinin binası qarşısındakı meydandan Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola salındılar.

Keçidlər