Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda 12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olundu.

12 dekabr 2017 | 16:00

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, aparatının məsul işçiləri, şəhər, qəsəbə və kənd İƏD üzrə nümayəndələri, idarə, müəssisə, təşkilat rəhbərləri,  ictimayət nümayəndələri və rayon ziyalıları iştirak etmişdir.

İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə qərənfillər düzərək, onun əziz xatirəsini hörmətlə yad etdilər.

Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Burada onlar Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən fotostendlərlə tanış oldular.

Tədbirin davamında Ümummilli Liderin fəaliyyətinin müxtəlif illərini əks etdirən film nümayiş olundu.

Keçidlər