Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda görkəmli alim oftalmoloq Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

26 aprel 2018 | 16:00

26 aprel 2018-ci il tarixdə Hacıqabul şəhəri Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin və Mərkəzi rayon Xəstəxanasının birgə təşkilatçılığı ilə görkəmli alim oftalmoloq Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Zərifə Əliyeva – İnsanlara nur bəxş edən alim” adlı tədbir keçirildi.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Zeynab Yunuslu görkəmli alim oftalmoloq Zərifə Əliyevanın keçdiyi şərəfli həyat yolundan, Azərbaycana və dünya oftalmologiya elminə verdiyi böyük töhfələrdən, oftalmologiyanın aktual mövzuları ilə bağlı çoxprofilli tədqiqatlar aparan fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində böyük əmək sərf etdiyindən danışdı.

Tədbir davamında görkəmli alim oftalmoloq Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş videoçarx nümayiş edildi.

Keçidlər