Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə bayram konserti.

10 may 2018 | 16:00

10 may 2018-ci il tarixində Hacıqabul şəhəri Heydər Əliyev parkında xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə bayram konserti keçirilmişdir.

Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Əhməd Muxtarov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon ictimaiyyəti iştirak etmişdir.

Respublikamızın və rayonumuzun tanınmış mədəniyyət və incəsənət ustaları tədbirdə geniş konsert proqramı ilə çıxış etmişlər.

Keçidlər