Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibətilə tədbir.

01 iyun 2018 | 16:00

01 iyun 2018-ci il tarixdə Hacıqabul rayonunda “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibətilə tədbir keçirildi. Tədbirdə rayonun idarə və təşkilatlarının nümayəndələri, məktəblilər və onların valideynləri iştirak etdilər. Əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyularaq xatirəsi ehtiramla yad edildi.

Tədbir Heydər Əliyev Mərkəzində dəyirmi masa ətrafında davam etdi. Rayon İcra Hakimiyyətinin başçısı cənab Əhməd Muxtarov “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibətilə bütün uşaqları təbrik etdi, onlara xoş arzularını çatdırdı və bir qrup fəalları hədiyyələrlə mükafatlandırdı.

Tədbir Heydər Əliyev Parkında açılmış əl işlərindən ibarət sərgi nümayişi və konsert proqramı ilə davam edildi. Hacıqabul şəhər Uşaq Musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında gözəl mahnılar, şeirlər sədaları altında tədbir başa çatdı.

Keçidlər