Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “5 iyun - Meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı günü”.

05 iyun 2018 | 16:00

05 iyun 2018-ci il tarixdə Hacıqabul rayonunda “5 iyun - Meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı günü” qeyd edildi. Tədbirdə rayonun idarə və təşkilatlarının nümayəndələri,  Meliorasiya və su təsərrüfatı işçiləri  iştirak etdilər. Əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyularaq xatirəsi ehtiramla yad edildi.

Tədbir Heydər Əliyev Mərkəzində dəyirmi masa ətrafında davam edildi. Rayon İcra Hakimiyyətinin başçısı cənab Əhməd Muxtarov “5 iyun - Meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı günü” münasibətilə Meliorasiya və su təsərrüfatı işçilərini təbrik edərək xalqımızın ümummilli lideri cənab Heydər Əliyev ideyalarının ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanılmasını vurğuladı. Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə genişmiqyaslı işlərin görülməsini, təxirəsalınmaz layihələrin həyata keçirilməsini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Tədbirdə rayonun bir qrup fərqlənən meliorator və su təsərrüfatı işçilərinə rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim olundu.

Keçidlər