Şriftin ölçüsü :

Saytın rəngi :

2018-ci ilin birinci yarısında Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.

13 iyul 2018 | 16:00

13 iyul 2018-ci il tarixdə Hacıqabul rayonunda 2018-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi. Rayon İcra hakimiyyətinin başçısı Əhməd Muxtarov məruzə ilə çıxış edərək 2018-ci ilin birinci yarısının nəticələri və qarşıda duran vəzifələrdən danışdı. Yığıncaqda icra başçısı aparatının məsul işçiləri, başçının şəhər, qəsəbə və kəndlər üzrə nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər, qəsəbə və kəndlərin bələdiyyə sədrləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimai birliklərin, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının rayon şöbələrinin sədrləri, ağsaqqalların, müharibə və əmək veteranlarının, ziyalıların və ictimaiyyətin  digər nümayəndələri olmaqla, cəmi 110 nəfər iştirak etdi.

Keçidlər