Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun 17 oktyabr 2018-ci il tarixli hesabat məruzəsi.

17 oktyabr 2018 | 16:00

2018-ci ilin 9 ayında Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunları barədə rayon İcra hakimiyyətinin başçısı Ə.K.Muxtarovun 17 oktyabr 2018-ci il tarixli Şura iclasındakı

 

HESABAT MƏRUZƏSİ

 

Oktyabrın ayının 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Dövlət başçısı 2018-ci ilin doqquz ayının yekunlarının müsbət olduğunu, ilin əvvəlindən qarşıya qoyulmuş bütün vəzifələrin uğurla və vaxtında icra edildiyini, Azərbaycanın 2018-ci ildə də öz dinamik inkişafını təmin etdiyini və ölkəmizin əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşadığını ifadə edib.

Dövlət başçısı bildirib ki, 2018-ci ilin 9 ayı ərzində ümumi daxili məhsul 0,8 faiz artmışdır. Ölkə iqtisadiyyatına 9,0 milyard dollar sərmayə qoyulmuşdur ki, bu vəsaitin də 5,6 milyard dolları qeyri-neft sektoruna payına düşür. 9 ayda qeyri-neft sektoru 1,0 % artmışdır. Sənaye istehsalı 2,0 %, qeyri-neft sənayesi 10,8 %, kənd təsərrüfatı 4,3 % artmışdır.

Xarici ticarət dövriyyəsi 37,0 faiz, ixrac da təxminən bir o qədər artmışdır, o cümlədən qeyri-neft ixracı 14 faiz artmışdır. Valyuta ehtiyatlarımız 45,0 milyard dollara çatmışdır.

2018-ci ilin doqquz ayı ərzində 85 min yeni iş yeri yaradılmışdır. Əhalinin gəlirləri təxminən 9,5 % artmış, inflyasiya isə cəmi 2,6 % olmuşdur.

May ayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur və bu, tarixi hadisədir. İyun ayında isə TANAP-ın rəsmi açılışı oldu. Beləliklə, Cənub Qaz Dəhlizinin dörd layihəsindən üçü artıq reallaşıb - “Şahdəniz-2”, Cənubi Qafqaz Kəməri və TANAP layihəsi. Dördüncü layihə - TAP qrafik üzrə icra edilir.

Prezident cənab İlham Əliyev yekun nitqində qeyri-neft sektorunun inkişafı, sənaye parklarının yaradılması, kənd təsərrüfatının inkişafı, iri fermer təsərrüfatlarının yaradılması, pambıqçılığın, üzümçülüyün, tərəvəzçiliyin, meyvəçiliyin, baramaçılığın inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, aqroparkların yaradılmasının əhəmiyyətini vurğulayaraq, yeni “Asan xidmət” mərkəzlərinin açılması, özünəməşğulluq proqramlarının icrası, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə, inşaat sektoru, qazlaşdırma, elektrik və su təchizatı, məişət tullantılarının daşınması, meliorativ tədbirlərin görülməsi, yeni yolların salınması, ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verib.

Möhtərəm Prezidentimizin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramında qarşıya qoyulan məqsədlərin reallaşması, nəzərdə tutulmuş layihələrin icra edilməsi nəticəsində iqtisadi rayonlar yeni inkişaf mərhələsinə qədəm qoyur. Ötən müddət ərzində respublikamızın digər rayonları kimi Hacıqabulda da mühüm işlər görülmüşdür.

İqtisadi islahatlar və Dövlət Proqramının icrası ilə bağlı 2018-ci ilin doqquz ayında rayonda gördüyümüz işlər, həyata keçirilmiş tədbirlər və rayonun sosial-iqtisadi göstəriciləri barədə bir qədər geniş məlumat vermək istəyirəm.

2018-ci ilin doqquz ayında rayon üzrə ümumi məhsul buraxılışının həcmi 234,2 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 9,6 milyon manat və ya 4,3 % çoxdur. Məhsul buraxılışı həcmində qeyri-dövlət sektorunun payı 79,9 % təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 16,1 % çoxdur. Bu ilin doqquz ayı ərzində  kənd təsərrüfatı məhsulunun həcmi 2.580,2 min manat artaraq 100.877,6 min manat, sənayedə məhsul buraxılışının həcmi 6.715,6 min manat artaraq 19.137,8 min manat, ticarətdə məhsul buraxılışının həcmi 3.539,9 min manat artaraq 60.571,6 min manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında 2,6 %, sənayedə 54,1 %, ticarətdə 6,2 % artım müşahidə edilmişdir.

Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsi 10.182,0 min manat və ya 5,9 % artaraq 183.302,0 min manat, iaşə dövriyyəsi 167,0 min manat və ya 5,7 % artaraq 3.072,0 min manat, əhaliyə göstərilmiş pullu xidmətlərin həcmi 1.336 min manat və ya 5,8 % artaraq 24.522,0 min manat, məişət xidmətlərinin həcmi 246,0 min manat və 5,2 % artaraq 4.950,0 min manat, yük daşınmalarının həcmi 5,0 min ton və ya 2,4 % artaraq 213,0 min ton, sərnişin daşınmalarının həcmi 81 min nəfər və ya 2,0 % artaraq 4.131 min nəfər, rabitə xidmətlərinin həcmi 49,5 min manat və ya 10,7 % artaraq 513,7 min manat olmuşdur.

2018-ci ilin 9 ayı ərzində Hacıqabul rayonunda iqtisadiyyatın bütün sahələrinə yönəldilmiş əsas kapitala investisiyaların ümumi həcmi 52.095,0 min manat, istifadəyə verilmiş əsas fondlar 2.183,6 min manat olmuşdur. Ümumi mənzil fondu 16,6 min kv.metr və 1,4 % artaraq 1.179,8 min kv.metr olmuşdur.

Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda aqrar islahatların uğurla həyata keçirilməsi kənd təsərrüfatının çoxsahəli inkişaf etdirilməsinə, bu sahədə qazanılan uğurları ilbəil artırmağa zəmin yaradır.

Rayonda bu ilin məhsulu üçün 43011,0  hektar sahədə taxıl əkilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28602 hektar çoxdur. Bu sahələrin 31848,0 hektarını buğda, 11163,0 hektarını isə arpa əkini təşkil etmişdir. 43011,0 hektar taxıl sahəsindən 76005,6 ton məhsul əldə edilmişdir. İstehsal olunmuş taxılın 42343,6 tonunu buğda, 33662,0 tonunu isə arpa təşkil edir. Məhsuldarlıq buğda üzrə 13,3, arpa bitkisi üzrə isə 30,15 sentner olmuşdur.

2018-ci ilin məhsulu üçün 458 hektar sahədə tərəvəz, 830 hektar sahədə bostan, 45 hektar sahədə kartof, 1120,0 hektar sahədə qarğıdalı, 40 hektar sahədə günəbaxan, 1300,0 hektar sahədə pambıq, 117 hektar sahədə şəkər çuğunduru, 20,0 hektar sahədə soya, 2448,0 hektar sahədə yem bitkiləri olmaqla cəmi 6457,0 hektar sahədə yazlıq əkin aparılmışdır.

2018-ci ilin doqquz ayı ərzində 5714,0 ton tərəvəz, 11378 ton bostan, 495,0 ton kartof, 347,0 ton qarğıdalı, 196,9 ton pambıq, 6520,0 ton şəkər çuğunduru, 40,9 ton soya, 8716 ton meyvə, 268 ton üzüm istehsal olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,0 ton kartof, 40 ton günəbaxan, 40,9 ton soya məhsulu, 7 ton üzüm istehsalı çox olmuşdur.

Rayonda heyvandarlıq məhsulları istehsalında da artım qeydə alınmışdır. Hesabat dövründə süd istehsalı 616 ton və ya 5,0 % artaraq 13008,0 tona, yun istehsalı 1 ton artaraq 229 tona çatmışdır. Hesabat dövründə yumurta istehsalı 216.613 min ədəd olmuşdur.

Rayon üzrə iribuynuzlu heyvanların baş sayı 490 baş və ya 1,3 % artaraq 39125 başa, qoyun və keçilərin sayı isə 898 baş və ya 0,7 % artaraq 137523 başa çatmışdır. Hesabat dövründə diri çəkidə 5989,0 ton ət istehsal edilmişdir.

Quşların baş sayı 384,9 min baş və ya 11,3 % artaraq 3.799 min baş olmuşdur.

 “Aqrolizinq” vasitəsilə hesabat dövründə kənd təsərrüfatı əkinçilərinə 1363,9 ton müxtəlif növ mineral gübrələrin və ziyanvericilərə qarşı 1141,6 litr kimyəvi maddənin 70 % güzəştlə satışı həyata keçirilmişdir.

Əkinlərin su təminatının yaxşılaşması üçün rayon Suvarma Sistemləri idarəsi 20743 ha suvarılan torpaqlarında kənd təsərrüfatı əkinlərini və meşə zolağını suvarma suyu ilə təmin edir. Əkinlərin su təminatının yaxşılaşması üçün 2018-ci ilin 9 ayında 206,0 km magistral və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilmişdir.

Əkinlərin suvarılması üçün 2018-ci ilin yanvar-sentyabr aylarında su mənbələrindən 89,06 mln. kub metr su götürülmüş, su ayrıclarından Sudan İstifadəedənlər Birilliklərinə 66,80 mln. kub metr su verilmişdir. Sudan istifadə əmsalı 0,98 olmuşdur.

Hesabat dövründə 4 ədəd nasos aqreqatı, 4 ədəd elektrik mühərriki  əsaslı  təmir olunmuş, 45 ədəd hidrotexniki qurğu, 11 ədəd hidropost, 3 ədəd nasos stansiya binası, 3 ədəd mülki bina cari təmir olunmuşdur.             

Yuxarı Şirvan kanalının qolundan su götürən və su keçirmə qabiliyyəti 5 m3/san olan 28,2 km-lik Hacıqabul magistral beton kanalı və Padar-Qarasu ərazisində müxtəlif sərfiyyatlı 21,2 km təsərrüfat daxili qol kanallar ilə cari təsərrüfat ilində Padar-Qarasu ərazilərinin ümumilikdə 7069 ha əkin sahələri suvarma suyu ilə təmin edilir. Cari ilin suvarma mövsümündə  ərazidə 5022,0 ha taxıl əkinləri, 825,0 ha pambıq, 122,0 ha çuğundur, 797,0 ha qarğıdalı,130,0 ha bostan-tərəvəz, 98,0 ha soya, 5,0 ha yem bitkiləri və 70,0 ha həyətyanı əkinlər suvarma suyu ilə tam təmin olunmuş

2018-cı ildə idarə üzrə 36500 manat sudan pullu istifadə planlaşdırılmış və Sudan İstifadəedənlər Birlikləri tərəfindən illik plan 9 ayda  yerinə yetirilmişdir.

Baş Şirvan Kollektorunun İstismarı İdarəsi tərəfindən 2018-ci ilin doqquz ayı ərzində Abdulabad kəndi ərazisində K-3-17-3, təsərrüfat daxili kollektorlarda 4550 pm, işin həcmi 10010 kub metr, K-2 yığıcı kollektorunda 1500 pm, işin həcmi 5250 kub metr, Kolanı kəndi ərazisində 1470 pm, işin həcmi 3087 kub metr,  Baş Şirvan Kollektorunun Abdulabad kəndi ərazisindən keçən hissəsində 2370 pm, işin həcmi 4500 kub metr olmaqla lildən təmizlənmə işi aparılmışdır. Ümumilikdə lildən təmizlənmə işlərinin həcmi 28800 pm, işin həcmi 82.205 kub metr təşkil etmişdir. Bundan əlavə bir sıra nasos stansiyasının elektrik avadanlıqlarında sazlama işləri aparılmış, K 2 və K 3 nasos stansiyalarında nasos aqreqatları təmir olunaraq saz vəziyyətə gətirilmişdir.

Hesabat dövründə rayonun Baytar həkimləri tərəfindən iri buynuzlu və xırda buynuzlu heyvanlar arasında müxtəlif xəstəliklərə qarşı müayinə və vaksinasiya işləri aparılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının daha da inkişaf etdirilməsi məqsədilə verdiyi tapşırıq və tövsiyələrin, qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi, pambıq istehsalının artırılması, baramaçılığın inkişafı, yeni aqroparkların salınması istiqamətində rayonumuzda bir sıra işlər görülmüş və bu işlər hal-hazırda da davam etdirilməkdədir.

Cari ildə rayonumuzda 1300,0 ha sahədə pambıq əkilmişdir ki, bu da keçən ilin pambıq əkinindən 96,1 ha və ya 10,7 % çoxdur. Pambıq əkini ilə bağlı istehsalçılar ilə “Hacıqabul Kənd Təsərrüfatı MMC” arasında xam pambığın istehsalı və alqı-satqısına dair müqavilələr bağlanmışdır.

Məqsədimiz əkilmiş sahələrdən 2600 tondan çox pambıq əldə etməkdir.

Rayonda baramaçılığın inkişafı da mühüm əhəmiyyət kəsb edən sahələrdən biridir. Bu məqsədlə ötən illərdə rayon ərazisində 38.000 ədəd tut (çəkil) ağacının əkilməsi həyata keçirilmiş və cari ildə də bu iş davam etdiriləcəkdir. Əkilmiş tut tinglərinə aqrotexniki qaydada qulluq edilir, becərilir və vaxtında suvarılır.

Hesabat dövründə rayonda 30 kümçü tərəfindən 1924,25 kq barama istehsal edilmişdir.

Rayonda aqroparkların yaradılması istiqamətində bir sıra işlər həyata keçirilmişdir.

Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisində “Azərsun” Holding tərəfindən 1625 hektar sahədə iri aqropark yaradılmışdır. Bu aqroparkda infrastruktur yaradılmış, 777 ha sahədə pivot sistemi, 75 ha sahədə damlama suvarma sistemi quraşdırılmış, texnikalar alınmış, ofis, anbar, işçilər üçün yeməkxana, texnikalar üçün qaraj tikilmişdir. Hesabat ilində 490,0 ha buğda sahəsindən 4761,45 ton, 791,0 ha arpa sahəsindən 1938,0 ton 117,0 ha  şəkər çuğunduru sahəsindən 6520,0 ton məhsul əldə edilmişdir. 978,0 ha sahədə qarğıdalı, 20,0 ha sahədə soya əkilməsi həyata keçirilmişdir.

Aqroparkda illik istehsal gücü 20,000 ton süd olan 2000 başlıq heyvandarlıq (iri buynuzlu mal-qara) kompleksində son tamamlama işləri həyata keçirilir, hal-hazıra kimi 1200 baş cins iri buynuzlu mal qara gətirilmiş, mərhələlərlə heyvanların gətirilməsi davam etdirilir. Gətirilmiş heyvanlardan 244 baş buzov alınmışdır ki, onların da 125 başı erkək, 119 başı isə dişi cinslidir.

Hacıqabul rayonunun Meyniman kəndində 2000,0 ha torpaq sahəsi olan ”Muğan Agro” MMC-yə məxsus aqroparkda infrastruktur yaradılmış, 2 ədəd mal damı, 1 ədəd yem anbarı, 4 ədəd qoyun damı, inzibati bina və digər yardımçı binalar tikilmişdir. Aqroparkın nəzdində 1560 baş qoyunu olan ferma fəaliyyət göstərir. Ötən ildə hər birinin sahəsi 2,0 ha olan 5 ədəd müasir tipli istilikxananın tikintisi başa çatdırılmışdır. Hesabat ilində 110,0 ha buğda sahəsindən 380 ton, 120 hektar arpa sahəsindən 285 ton, 174 ha yonca sahəsindən 2440 ton məhsul əldə edilmişdir. 20,0 ha sahədə soğan, 80,0 ha sahədə pambıq, 250 ha sahədə qarğıdalı əkilmiş, 57,0 ha sahədə meyvə bağı salınaraq meyvə bağlarının ümumi sahəsi 114,0 hektara çatıdırılmışdır. Bundan əlavə illik istehsal gücü 5000 ton süd olan 700 başlıq heyvandarlıq (iri buynuzlu mal-qara) kompleksi yaradılmışdır. Hal-hazırda təsərrüfatda “simmental” cinsli 264 baş inək, 221 baş buzov və 1 baş buğa vardır.

Rayonun “Pirsaat massivində 4800 ha əkinə yararlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi” layihəsi çərçivəsində işlər davam etdirilir. Layihənin mahiyyəti mənbəyi Kür çayından olmaqla 27,6 km məsafədən 4800 ha əkinə yararlı torpaq sahəsinə suvarma suyunun çıxarılmasıdır. Uzunluğu 4905 metr olmaqla mövcud torpaq kanalının yenidən qurulması, 3,6 km uzunluğunda beton kanalın, 7,4 km uzunluğunda ikixətli boru xəttinin, 35/6 Kva-lıq yarımstansiyanın, üzən nasos stansiyasının quraşdırılması və nasosa xidmət edən binaların tikintisi işləri görülmüşdür.

Hacıqabul rayonunun inzibati ərazisində müasir iri taxılçılıq və yemçilik təsərrüfatlarının yaradılması məqsədi ilə 30 000 hektar torpaq sahəsinin təyinatı dəyişdirilmiş və otlaq kateqoriyasından əkin kateqoriyasına keçirilmişdir.

”Agro Dairy” MMC tərəfindən bu ərazidə 1 ədəd 110 kvt, 2 ədəd 35 kvt yarımstansiyanın tikintisi və 17 km-lik su xəttinin çəkilişi başa çatmışdır. 7000 hektarı əhatə edən pivot suvarma sistemləri quraşdırılmışdır. Növbəti illərdə aqroparkın əkin sahələrinin tamamilə pivot suvarma sistemi ilə əhatə olunması nəzərdə tutulmuşdur. Aqroparkda 4 ədəd kultivator (coker), 2 ədəd toxumsəpən (Horsh), 26 ədəd CASE markalı traktor və 10 ədəd kombayn alınmışdır. 2018-ci ilin məhsulu üçün aqroparkda 26934,0 hektar sahədə taxıl, o cümlədən 24934,0 ha sahədə buğda, 2000,0 ha sahədə arpa əkini həyata keçirilmişdir. Sahələrdən 25829 ton buğda və 6053,0 ton arpa məhsulu götürülmüşdür.

Hacıqabul rayonunun Atbulaq kəndində yerləşən 19,91 hektar torpaq sahəsində “AZERBROOD” MMC tərəfindən illik istehsal gücü 9,6 milyon ədəd yumurta olan quşçuluq müəssisəsinin tikintisi işləri davam etdirilir. Hazırda müəssisədə 2 sektorda tikinti işləri başa çatmış, qalan 3 sektorda işlər davam etdirilir. Tikinti işləri Tikinti işləri başa çatdıqdan sonra burada 100 nəfərin məşğulluğu təmin olunacaqdır.

Hacıqabul rayonunun Atbulaq kəndində “Hajigabul Greenhouse” MMC tərəfindən 17,0 hektar ərazidə 10,0 ha sahədə İspaniya texnologiyası ilə istixana tikilib istifadəyə verilmişdir. Layihənin ümumi dəyəri təxminən 40,0 mln. manatdır. İstixananın məhsul istehsalı gücü 1,0 ha üçün 250-300 tondur. Kompleksdə 70 nəfər işlə təmin olunmuşdur.

 Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 iyul tarixli Sərəncamına əsasən Hacıqabul rayonunda 20,0 hektar sahədə “Hacıqabul Sənaye Məhəlləsi” yaradılmış, onun fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə həvalə olunmuşdur.

“Hacıqabul Sənaye Məhəlləsi”nin 9 hektar sahəsində aparılan tikinti işləri başa çatmış, hazırda tamamlama və abadlaşdırma işləri aparılır.

Hesabat dövründə şəhərin Ə.Vahid, İ.Qayıbov, S.İ.Xətai ,H.Həmidov, M.Əsədov küçələrində xeyli abadlıq və yenidənqurma işləri aparılmışdır. Babək küçəsində 2 yaşayış binasının fasadı yenidən işlənmiş, İ.Qayıbov küçəsində 1 binanın uçub-dağılmış yan fasadı yenidən bərpa edilmiş, M.Əsədov, İ.Qayıbov küçələri boyunca hasarlar, darvazalar, su çənləri rənglənmiş, üzlük ağlay daşları yonularaq ağardılmışdır. Şəhərdə ilk dəfə olaraq nümunəvi məhəllənin tikintisinə başlanılmışdır. Bü məqsədlə Ş.İ.Xətai küçəsində 6 yaşayış binasının əhatəsindəki ərazidə məhəllənin və mərasim zalının tikintisinə başlanılmışdır. Hazırda tikinti işləri davam etdirilir. Ümumilikdə 9 ay ərzində abadlıq işlərinə 156.124,0 manat vəsait xərclənmişdir. 12 yaşayış binasının dam örtüyü dəyişdirilmişdir, bu məqsədlə 207.456,0 manat vəsait xərclənmişdir.

2018-ci ilin 9 ayında şəhərin Ə.Vahid, Koroğlu, A.Abdullayev, C.Cabbarlı, H.Həmidov, M.F.Axundov, A.Bakıxanov, N.Dadaşov küçələrinə ümumilikdə 4839,0 kub metr həcmdə qum-çınqıl qarışığından əsas verilmişdir.

Ə.Vahid küçəsində 922,0 kv.metr, H.Həmidov küçəsində 4785,0 kv.metr, M.B.Nadim küçəsində 2284 kv.m olmaqla ümumilikdə 7991,0 kv.metr yola 6 sm qalınlığında asfalt-beton örtüyü qoyulmuşdur.

Hacıqabul rayonunun 19 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən 48,0 km-lik Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan dairəvi avtomobil yolunun tikintisi başa çatmışdır.

11 min əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən 7,6 km-lik Navahı kənd-Rəncbər-Pirsaat yolu yenidən tikilib istifadəyə verilmişdir.

Hesabat dövründə bələdiyyələr tərəfindən ümumilikdə 22 km kənd daxili yollara qum-çınqıl qarışığından əsas verilməklə hamarlanma işləri aparılmışdır.

9 ay ərzində rayon üzrə 25 obyektin tikintisinə, 5 obyektin istismarına icazə verilmişdir. Bələdiyyələr tərəfindən fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair 30 ədəd, sahibkarlıq fəaliyyəti üçün ayrılan torpaq sahələrinə dair 2 ədəd rəy verilmişdir.

2018-ci ilin 9 ayı ərzində rayon ərazisində sakinlər tərəfindən ümumilikdə 67 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir.

Bələdiyyələr tərəfindən vətəndaşlara ümumilikdə 1,94 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.

Hesabat ilində şəhərdə, rayonun qəsəbə və kəndlərində yaşıllaşdırma kompaniyası çərçivəsində 4500 ədəd ağac və 3000 ədəd gül kollarının əkilməsi həyata keçirilmişdir. Yaşıllığın salınması və ona qulluq bu gün də davam etdirilir.

Bəzi hallarda böyük zəhmət və vəsait hesabına salınmış yaşıllıq əraziləri mal-qara tərəfindən otarılır. Təəccüblü odur ki, mal-qaranın mövcud yaşıllıqları məhv etməsi mənzərəsini ətrafdan keçən sakinlər laqeydliklə müşahidə edir və qətiyyən narahat olmurlar.

Hacıqabul Elektrik Şəbəkəsi 2018-ci ilin doqquz ayı ərzində Qarasu kəndində yeni inşa edilmiş 110/35/10 Kv-luq Qarasu yarımstansiyasında 2 ədəd 50,0 mVa transformator, Pirsaat qəsəbəsində yeni inşa edilmiş 35/6 kV-luq 752 saylı yarımstansiyada da 2 ədəd 10,0 mVa gücündə transformatorlar quraşdırılmışdır. Pirsaat qəsəbəsində 7, Navahı kəndində isə 8 ədəd müasir tipli komplekt transformator məntəqələri (KTM) quraşdırılmışdır.

Muğan qəsəbəsində 35 kV-luq Udullu hava xəttinin 1 saylı qapalı paylayıcı qurğuya qoşulmasında 2 ədəd 35 kV-luq dəmir konstruksiyalı aknker dayaq, 8 ədəd 35 kV-luq aralıq beton dayaqlar istifadə olunmaqla 1,4 km məsafədə 35 kV-luq hava xətti çəkilmişdir. Abonentlərə 198 ədəd PAUD smart kart tipli sayğac quraşdırılmışdır.

Hesabat dövründə Navahı kəndində elektrik enerjisinin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə 270 ədəd dəmir-beton dayaq basdırılmaqla 13,5 km məsafəyə 6 kV-luq hava xətti çəkilmişdir. Birinci Udullu kəndində 6 ədəd komplekt transformator məntəqələri (KTM) quraşdırılmış, Pirsaat qəsəbəsində 0,4 kV-luq elektrik veriliş xətlərində 824 ədəd metal dayaqlar basdırılmış və 20,1 km məsafədə açıq naqillər özünü daşıyan izolyasiyalı (ÖİN) naqillərlə əvəz olunaraq istehlakçıların istifadəsinə verilmişdir.

Udullu massivində 22 ədəd Komplekt Transformator Məntəqələri quraşdırılmış, 6 km 0,4 Kv-luq xətt çəkilmişdir. Abonentlərə 460 ədəd 3 fazlı elektron, 80 ədəd PAUD smart kart tipli sayğac quraşdırılmışdır.

Atbulaq kəndində 35/6 Kv-luq 751 saylı Atbulaq yarımstansiyasında 4,0 mVa transformator 6,3 mVa transformatorla əvəz olunmuşdur.

Atbulaq kəndi ərazisində 4 ədəd KTM auraşdırılmış, 670 ədəd 6 kv-luq dayaq basdırılmaqla 21,1 km uzunluqda 6 kv-luq EVX çəkilmişdir. Abonentlərə 296 ədəd PAUD smart kart tipli sayğac quruşdırılmışdır.

Pirsaat qəsəbəsində müasir tipli 35/6 KVa-luq yarımstansiya inşa edilmiş və yarımstansiyada 2 ədəd 10 mVa gücündə transformator və 8 ədəd yeni KTM quraşdırılmışdır. Qəsəbə ərazisində bütün evlər sip kabelləşdirilmiş və 224 abonentin elektrik sayğacı həyətlərdən küçəyə çıxarılmışdır.

95 yeni abonentin mənzilinə sayğac quraşdırılmıdır.

Hesabat dövründə 105122025 kvt.saat enerji satışı həyata keçirilmiş, ödəniş 7884606,64 manat olmaqla, ümumi yığım 88,7 % təşkil etmişdir.

Rayonun bütün yaşayış məntəqələrinin təbii qazla təminatı tam həyata keçirilmişdir. Hacıqabul Qaz Xidməti sahəsi tərəfindən 2018-ci ilin doqquz ayı ərzində istehlakçılara 27.948.816 kub metr qaz satılmış, ödəniş 4.401.504,97 manat olmaqla 104,35 % təşkil etmişdir.

2018-ci ilin 9 ayı ərzində əhali və qeyri-əhalini içməli su ilə təmin etmək üçün bir sıra işlər görülmüşdür. Rayon ərazisində 32-209 diametrdə 260 metr sıradan çıxmış borular yeniləri ilə əvəz olunmuş, 55 ədəd siyirtmələrdə təmir və yağlama işləri aparılmışdır. Əhali qrupuna 80 ədəd, qeyri əhali qrupuna 20 ədəd smart sayğac quraşdırılmışdır. Əhaliyə satılan suyun ödənişi 451.983,0 manat olmaqla, orta hesabla 78 %, qeyri-əhaliyə satılan suyun ödənişi isə 654.808,0 manat olmaqla 92,7 % təşkil etmişdir.

2018-ci ilin 9 ayı ərzində Hacıqabul Telekommunikasiya Qovşağı tərəfindən Navahı qəsəbəsində 272 nömrəli tutumlu EATS-in 50 nömrə tutumlu daxili xətt şəbəkəsi tikilərək istifadəyə verilmiş, 100 ədəd telefon və 50 ədəd internet çəkilişi təmin olunmuşdur. Kolanı kənd EATS-nin xətt şəbəkəsi genişləndirilərək 30 ədəd telefon və internet çəkilişi təmin olunmuşdur.

Rayon mərkəzində Mərkəzi EATS-in daxili xətt şəbəkəsində təmir tikinti, bərpa işləri aparılmış, bu məqsədlə istismar müddəti sona çatmış rabitə avadanlıq və materialları daha müasir qaydada hazırlanmış materiallarla əvəz olunmuşdur. Belə ki, 120 ədəd yeni ağac dirək, 140 ədəd dəmir dirək, 3500 metr məsafədə TPP 10x2 kabeli, 60 ədəd kabel meydançası, 60 ədəd abunə qutusu yenisi ilə əvəz olunmuşdur ki, bu da rabitə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasına səbəb olmuşdur.

Qeyd olunan işlərin görülməsi nəticəsində rayon mərkəzində 140 ədəd telefon çəkilişi, 230 ədəd internet çəkilişi təmin olunmuşdur. Əhalinin tələbatına uyğun olaraq xidməti ərazilərdə ümumilikdə 600 portluq müxtəlif tutumlu internet avadanlıqları (DSLAM) quraşdırılmışdır.

01.09.2018-ci il tarixə telefon abunəçilərinin sayı 120 ədəd artırılaraq 6425-ə, internet abunəçilərinin sayı isə 36 ədəd artaraq 3860 ədədə çatmışdır.

Rayonun təhsil, səhiyyə, mədəniyyət və idman sahəsi rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət mərkəzində saxlanılır. Hesabat dövründə rayonda 33 ümumtəhsil məktəb, 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərmişdir. Rayon Təhsil şöbəsi öz fəaliyyətində Təhsil Nazirliyi və Rayon İcra Hakimiyyətinin göstəriş və sərəncamlarını əsas tutmuş və “Təhsil Qanunu”nun həyata keçirilməsi üçün rayonun pedaqoji kollektivlərini səfərbər etmişdir.

 Cari ilin 9 ayı ərzində rayon Təhsil şöbəsi tərəfindən rayonun təhsil müəssisələrində yeniyetmə və gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi və eləcə də istedadlı gənclərin aşkara çıxarılması sahəsində məqsədyönlü işlər aparılmışdır. Bu məqsədlə rayonda müxtəlif seminarlar, inşa, rəsm və şer müsabiqələri, dəyirmi masalar və sair tədbirlər keçirilmişdir.

 2018-ci ildə XI sinfi bitirən şagirdlərdən rayon üzrə respublikanın dövlət və özəl ali təhsil müəssisələrinə 235 nəfər məzun ali məktəblərə 95 nəfər isə orta ixtisas məktəblərinə sənəd təqdim etmişdir. Rayonun tam orta məktəblərini bitirən məzunlardan müxtəlif ali məktəblərə rayon üzrə 109 nəfər (46,4%), orta ixtisas məktəblərinə 46 nəfər (48,4%) qəbul olmuşdur. Əvvəlki illərin məzunlarından isə 21 nəfər ali məktəblərə, 19 nəfər orta ixtisas məktəblərinə qəbul olunmuşdur.

Ali məktəblərə qəbul olunanlardan 22 nəfəri 500-dən yuxarı, 7 nəfəri 600-dən yuxarı bal toplamışdır.

 Ötən 9 ay ərzində təhsil işçiləri üçün ən yadda qalan hadisələrdən biri rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin növbəti dəfə “Ölkəmizi tanıyaq” tur aksiyasında iştirak etməsi olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən rayonun ümumtəhsil məktəblərində oxuyan, təhsildə fərqlənən 40 nəfər nümunəvi şagird bu ilin mart ayının 26-29-da Quba, Qusar və Xaçmaz rayonlarında olmuşlar.

Rayonun tibb şəbəkəsi 91 çarpayılıq Mərkəzi rayon Xəstəxanası,  15 çarpayılıq Udullu kənd sahə xəstəxanası, 10 kənd Həkim məntəqəsi, 12 tibb məntəqəsi, Uşaq Tibb Mərkəzi, Dəmir yol xəstəxanası və Gigiyena və Epidemiologiya Mərkəzindən ibarətdir.

Mərkəzi Rayon Xəstəxanasında əhaliyə 48 həkim, 153 nəfər orta tibb işçisi xidmət edir. Rayon üzrə 33 nəfər həkim, 34 orta tibb işçisi vəzifəsi vakantdır.

Hesabat dövründə Mərkəzi Rayon xəstəxanasında qospitalizə olunmuş xəstələrin sayı 1475 nəfər olmuş, keçirilmiş çarpayı günlərinin sayı isə 15319 gün olmuşdur.

 Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə respublika əhalisinin kütləvi tibbi proflaktik müayinələrdən keçirilməsi ilə əlaqədar 2018-ci ilin fevral ayının 12-dən və may ayının 1dək müvəffəqiyyətlə davam edən aksiya zamanı Hacıqabul səhiyyə işçiləri, 74 mindən yuxarı əhalisi olan rayonun 18 yaşdan yuxarı yaş qrupu üzrə 49633 nəfərini 18 yaşa qədər uşaqlar üzrə isə 6371 nəfəri müayinədən keçirmişlər. Bunlar arasında 727 nəfər xəstə aşkar edilmiş və həmin xəstələr təyinatı üzrə ambulator və stasionar müalicəyə cəlb edilmişlər.

Rayon Mədəniyyət və Turizm Şöbəsində 17 klub müəssisəsi, o cümlədən 1 rayon, 6 kənd mədəniyyət evi, 2 şəhər, 8 kənd klubu, Mərkəzi Kitabxanalar Sistemi üzrə 27 müstəqil kitabxana müəssisələri, Tarix-Diyarşünaslıq muzeyi, Heydər Əliyev mərkəzi, 7 illik şəhər Uşaq Musiqi məktəbi və 14 arxeoloji tarixi abidələr fəaliyyət göstərir.

Hesabat dövründə rayonun mədəniyyət müəssisələrində bütün tarixi günlər və bayramlar kitab və foto sərgilər, kompozisiyalar, konsertlər keçirilmişdir.

 2018-ci ilin 9 ayı ərzində rayon Heydər Əliyev Mərkəzi 326 qrup şəkilində 7734 nəfər tamaşaçı qəbul etmişdir.

Rayon Tarix–Diyarşünaslıq muzeyində 45 qrup tərkibində 914 nəfər ekskursiyaçı qəbul edilmişdir.

 Hesabat dövründə idarə tərəfindən gənclər sahəsi üzrə 1328 nəfərin iştirakı ilə 26 tədbir, idman sahəsində isə 14 tədbir keçirilmişdir ki, bu tədbirlərə 1370 nəfər yeniyetmə və gənc cəlb olunmuşdur.

İqtisadiyyatımızın sosial yönümlü olması, maliyyə imkanlarımızın artması xalqımızın rifahının daha da yaxşılaşdırılmasına xidmət edir.

Hesabat dövründə yerli büdcənin daxilolmalar üzrə mədaxil hissəsi 3.861.573 manat proqnoza qarşı 4.022.012 manat və ya 104,1 % icra edilmişdir. Gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsindən 1.054.976 manat vəsait mərkəzi xəzinədarlığa köçürülmüşdür.

Rayon büdcəsinin xərc hissəsi 2.806.504 manat təyinata qarşı 2.472.695 manat, yəni 88,1 % icra edilmişdir. Hesabat dövründə yerli büdcə təşkilatlarına əmək haqqı və üstəlik xərclər üzrə borc yaranmamışdır.

01.10.2018-ci il tarixə rayon əhalisinin sayı 1,2 % artaraq 75,3 min nəfər olmuşdur.

İqtisadi fəal əhali 1,1 % artaraq 37,2 min nəfər təşkil etmişdir. İqtisadi fəal əhalinin ümumi əhali sayında payı 49,4 %-dir.

Əhalinin həyat səviyyəsinin göstəricisi olan orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 manat artaraq 321,8 manat təşkil etmişdir. Rayon əhalisinin pul gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 5627,0 min manat və ya 2,5 % artaraq 230.725,0 min manata çatmışdır. Məşğul əhalinin sayı 36,3 min nəfər olmuşdur. Məşğul əhalinin 5,6 min nəfəri və ya 15,4 %-i dövlət sektorunda, 30,6 min nəfəri və ya 84,6 %-i qeyri-dövlət sektorunda çalışır.

Cari ilin doqquz ayı ərzində rayon Məşğulluq Mərkəzinə 573 nəfər işaxtaran kimi müraciət etmiş, işə düzələnlər 425 nəfər olmuşdur. 88 nəfər yeni sığorta ödənişləri, 10 nəfərə təkrar sığorta ödənişi təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 aprel tarixli      1941 №-li Sərəncamının icrasını təmin etmək məqsədi ilə 65 ailə olmaqla 325 nəfər özünəməşğulluğa cəlb olunmuş və biznes planları təsdiq edilmişdir. Əlavə olaraq 34 nəfər işsiz və işaxtaran növbəti təlimlərə cəlb olunacaqdır.

Hesabat dövründə rayonda 916 yeni iş yeri açılmışdır ki, bunun da 404-ü daimidir.

Rayon icra hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə daim qayğı ilə yanaşır, onların problemlərinin həll olunmasına öz köməkliyini əsirgəmir.

Rayon icra hakimiyyətinin “Büdcədən kənar və Sair xərcləri” vəsaitindən 2018-ci ilin doqquz ayı ərzində ümumilikdə 62.872,0 manat vəsait xərc edilmiş, o cümlədən “Novruz” bayramı münasibəti ilə rayonun 260 nəfər Şəhid, kimsəsiz, tənha yaşayan ailələrinə, Böyük Vətən Müharibəsi, Qarabağ və Çernobıl əlillərinə 5200,00 manat, “Pasxa” bayramı ilə əlaqədar rus millətindən olan sakinlərə 480,0 manat, “Qurban bayramı” münasibəti ilə şəhərin imkansız, tənha, əlil və şəhid ailələrinə, cəmi 650 nəfərə, eləcə də hərbi hissələrə, uşaq bağçalarına, məscidlərə qurban əti paylanılması təşkil olunmuşdur. Bundan əlavə Heydər Əliyev Fondu tərəfindən ünvanlı dövlət sosial yardımı alan 882 nəfərə “Qurban bayramı” ilə əlaqədar ət sovqatı paylanılmışdır. Azərbaycan Dövlət Nəşriyyatına “İlham Əliyev "İnkişaf məqsədimizdir" 540 cildlik kitabının çap edilməsi üçün 9720,00 manat, “Ölkəmizi tanıyaq” devizi altında təşkil olunmuş tur-aksiyada rayonun ümumtəhsil məktəblərinin bir qrup IX–XI sinif fəal şagirdlərinin Quba-Qusar və Xaçmaz rayonlarına ekskursiyaya olunmasını yüksək səviyyədə təmin edilməsinə görə 6000,00 manat eləcə də rayonun 98 nəfər imkansız, xəstə və şəhid ailələrinə müalicə olunmasına 41.472,00 manat məbləğində maddi yardım verilmişdir.

 Rayonda 01 oktyabr 2018-ci il vəziyyətinə pensiyaçıların ümumi sayı 7397 nəfər olmuşdur. Bunlardan 4154 nəfəri yaşa görə, 2028 nəfəri əlilliyə görə, 1215 nəfəri ailə başçısını itirməyə görə olan pensiyaçılardır. Adambaşına düşən pensiya məbləği 207,50 manat təşkil etmişdir. 2018-ci ilin 9 ayı ərzində 3859 nəfərə sosial müavinətlər, 687 nəfərə isə sosial yardımlar və güzəştlər verilmişdir. Sosial sığorta üzrə 1.422,2 min manat proqnoza qarşı 1.252,7 min manat vəsait yığılmış, proqnoz 88,1 % icra edilmişdir.

Hesabat dövründə rayon ərazisində məskunlaşmış 124 ailə olmaqla 421 nəfər qaçqın, 425 ailə olmaqla 1605 nəfər məcburi köçkün ailəsinin sosial problemlərinin həll olunmasına imkan daxilində səy göstərilmişdir.

2018-ci ilin doqquz ayı ərzində  Polis şöbəsi tərəfindən rayon ərazisində 149 cinayət hadisəsi qeydə alınmışdır. Onlardan 18-i ağır və xüsusi ilə ağır, 106-sı az ağır, 25 fakt böyük ictimai təhlükə törətməyən cinayətləridir. Baş vermiş cinayətlərin açılması 96,4 faiz təşkil etmişdir.

Dövr ərzində Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi faktları ilə əlaqədar 71 cinayət faktı aşkar edilmişdir. Bunlardan 45 fakt narkotik vasitələrin saxlanılması, 22 fakt narkotik vasitələrin satışı, 4 fakt isə narkotik vasitələrin becərilməsi ilə bağlı olmuşdur. Qanunsuz dövriyyədən ümumilikdə 4914,959 qram çəkidə müxtəlif növ narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Hesabat dövründə rayonun təhsil müəssisələrində və təşkilatlarda narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş müxtəlif səpkili tədbirlər keçirilmisdir.

9 ay ərzində yetkinlik yaşına çatmayanlar tərəfindən cinayət hadisəsi törətməsi qeydə alınmamışdır.

2018-ci doqquz ayı ərzində Hacıqabul rayon Prokurorluğuna 8 cinayət işi daxil olmuşdur. 1 iş 2017-ci ildən qalıq qalmış, 4 işin istintaqı tamamlanmış, 4 işin istintaqı isə davam etdirilir.

Dövr ərzində prokurorluğa 53 cinayət xarakterli material daxil olmuş, bunlardan 31 cinayət işinin başlanması rədd olunmuş, 3 material aidiyyəti üzrə göndərilmiş, 8 material üzrə cinayət işi başlanmışdır.

2018-ci ilin doqquz ayı ərzində 841 doğum, 329 ölüm, 344 nikah bağlanması qeyd olunmuşdur. 47 nikah pozulması rəsmiləşdirilmişdir. Rayon Qeydiyyat şöbəsində qeydiyyatlarla əlaqədar 2890,0 manat dövlət rüsumu vətəndaşlar tərəfindən dövlət büdcəsinə köçürülmüşdür.

Rayon ərazisində 18 İƏD üzrə nümayəndəlik, o cümlədən 1 şəhər, 3 qəsəbə, 14 kənd nümayəndəliyi və 15 bələdiyyə fəaliyyət göstərir.

Rayon icra hakimiyyəti aparatı hesabat dövründə vətəndaşlardan daxil olmuş ərizə və şikayətlərin baxılmasına, onların təşkilinə xüsusi diqqət yetirmişdir.

Bu ilin 9 ayı ərzində icra hakimiyyətinə 548 təklif, ərizə və şikayət daxil olmuşdur. Müraciətlərin 222-si Prezident Administrasiyasından, 4-ü Milli məclisdən, 17-ü Nazirlər Kabinetindən, 23-i Respublikanın digər rəhbər təşkilatlarından, 205-i isə əhalinin müxtəlif təbəqələrindən olmuşdur.

İcra hakimiyyəti hesabat dövründə vətəndaşların qəbulu işini ciddi nəzarətə götürmüşdür. 2018-ci ilin 9 ayında İcra hakimiyyətinin başçısı tərəfindən 326 nəfər vətəndaş qəbul edilmişdir ki, onların 205-i nəfəri səyyar qəbullar zamanı dinlənilmişdir. Qəbul zamanı qaldırılan bir çox təklif və iradlar yerindəcə həll olunmuş, bəzilərinin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.

Hesabat dövründə də rayonun sosial-iqtisadi göstəriciləri, keçirilmiş səyyar qəbullar və müxtəlif səpkili tədbirlər barədə obyektiv məlumatlar sektor tərəfindən müəyyən edilmiş qrafikə əsasən RİAİS sisteminə yerləşdirilmişdir.

Keçidlər