Şriftin ölçüsü :

Saytın rəngi :

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Hacıqabul rayonunda vətəndaşları qəbul edib.

08 fevral 2019 | 16:00

Tədbirdən öncə rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, xatirəsini ehtiramla yad etdilər.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Hacıqabul şəhər Heydər Əliyev Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Quluzadə Ramin Namiq oğlu Şirvan şəhərinin, Hacıqabul, Sabirabad və Saatlı rayonlarının sakinlərini qəbul edib. Qəbulda iştirak edən vətəndaşlar tərəfindən bir sıra məsələlər qaldırılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Quluzadə Ramin Namiq oğlu qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Keçidlər