Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “Ölkəmizi tanıyaq” tur-aksiyada iştirak edən məktəblilərin yola salınma mərasimi keçirildi.

23 mart 2019 | 16:00

23 mart 2019-cu il tarixdə Hacıqabul rayonunda “Ölkəmizi tanıyaq” tur-aksiyada iştirak edən məktəblilərin yola salınma mərasimi keçirildi. Tur-aksiya iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.

Yola salınma mərasimində rayon İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə müəssisə və təşkilat rəhbərləri, məktəb direktorları və valideynlər iştirak etdi. 

Dövlət başçısının təşəbbüsü ilə dörd gün davam edəcək maarifləndirici tur-aksiya çərçivəsində şagirdlər Quba-Qusar-Xaçmaz rayonlarında tarixi abidələr və qoruqlar, turizm kompleksləri ilə yaxından tanış olacaq, park və meydanlarda gəzinti keçirəcəklər. Tur-aksiya məktəblilərin dünya görüşünün formalaşmasında mühüm rol oynayacaqdır.

 

Keçidlər