Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir və konsert proqramı keçirildi.

10 may 2019 | 16:00

10 may 2019-cu il tarixdə Hacıqabul şəhəri Heydər Əliyev parkında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə bayram konserti keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Əhməd Muxtarov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon ictimaiyyəti iştirak etmişdir.

Əvvəlcə rayon İcra Hakimiyyəti başçısı rayonun hüquq-mühafizə orqanları  və digər idarə müəssisə rəhbərləri Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib gül-çiçək dəstələri düzərək xatirəsini dərin ehtiramla yad etdilər. Tədbirin davamında açıq havada təşkil edilmiş kitab sərgisi və məktəblilərin iştirakı ilə hazırlanmış tamaşalar göstərildi, şeirlər deyildi.

Respublikamızın və rayonumuzun tanınmış mədəniyyət və incəsənət ustaları tədbirdə geniş konsert proqramı ilə çıxış etmişlər.

Keçidlər