Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda ”28 may - Respublika günü”nün 101-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

28 may 2019 | 16:00

28 may 2019-cu il tarixdə Hacıqabul rayon rayonunda ”28 may - Respublika günü”nün 101-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Əhməd Muxtarov, idarə müəssisə və təşkilatların rəhbər şəxsləri və kollektivi iştirak etdilər. Tədbir iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, xatirəsini ehtiramla yad etdilər.

Tədbir M.Hüseynzadə küçəsində yerləşən Hacıqabul şəhər parkında rayon Mədəniyyət Mərkəzinin “Nur” instrumental ansamblı tərəfindən təşkil edilmiş konsert proqramı ilə davam etdi.

Keçidlər