Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibətilə tədbir keçirilmişdir.

01 iyun 2019 | 16:00

31 may 2019-cu il tarixdə Hacıqabul rayonunda “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibətilə tədbir keçirilmişdir. Rayon İcra Hakimiyyəti başçısı bir qrup şagirdlə ilk öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, xatirəsini ehtiramla yad etdilər.

Tədbir Hacıqabul şəhəri Heydər Əliyev Mərkəzində davam etdirildi. Rayon İcra Hakimiyyəti başçısı çıxışında hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab etdiyin, dövlətimizin də bu mühüm məsələyə qayğı ilə yanaşmasını bildirdi

Daha sonra təhsilində nailiyyətləri olan bir qrup şagirdə fəxri fərmanlar və qiymətli hədiyyələr verildi. Tədbir məktəblilərin əl işlərindən ibarət sərgisi və konsert proqramı ilə davam etdirildi.

Keçidlər