Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonu Atbulaq kəndində səyyar qəbul-görüş keçirildi.

06 dekabr 2019 | 16:00

06 dekabr 2019-cu il tarixdə tarixdə rayon İcra Hakimiyyəti başçısının rayonun Atbulaq kəndində səyyar qəbul-görüşü keçirilmişdir. Tədbirdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri iştirak etmişdir.

Atbulaq kənd sakinlərinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələri rəhbərlərinin, iştirak etdiyi qəbulda İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov respublikada aparılan uğurlu sosial-iqtisadi islahatlardan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən danışdı. Hacıqabul rayonunun daha da inkişafı üçün görüləcək işlərdən söz açdı.

Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək son illərdə rayonun sosial-iqtisadi inkişafından, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə məlumat verdi.

Görüş zamanı kənd sakinlərinin müxtəlif məsələlər barədə müraciətləri qeydə alındı və icrası ilə əlaqədar yerində aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Keçidlər