Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunun Navahı qəsəbəsində səyyar qəbul-görüş keçirildi.

20 dekabr 2019 | 16:00

20 dekabr 2019-cu il tarixdə rayon İcra Hakimiyyəti başçısının rayonun Navahı qəsəbəsində növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Tədbirdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, qəsəbə sakinləri iştirak etmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək son illərdə rayonun sosial-iqtisadi inkişafından, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə qəsəbə sakinlərinə məlumat verdi.

Görüş zamanı qəsəbə sakinlərinin müxtəlif məsələlər barədə müraciətləri qeydə alındı və icrası ilə əlaqədar yerində aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Keçidlər