Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunun Abdulabad kəndində səyyar qəbul-görüş keçirildi.

31 yanvar 2020 | 16:00

31 yanvar 2020-ci il tarixində Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov növbəti səyyar qəbul-görüşünü Hacıqabul rayonunun Abdulabad kənd sakinləri ilə keçirmişdir. Abdulabad kənd sakinlərinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələri rəhbərlərinin, iştirak etdiyi qəbulda İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən danışaraq Hacıqabul rayonunun daha da inkişafı üçün görüləcək işlərdən söz açdı. 

Kənd sakinləri sosial problemlərin həlli istiqamətində mühüm işlər görüldüyünü qeyd etmişlər. Abdulabad kəndinə magistral yoldan gələn əsas yolun tikilərək kənd sakinlərinin istifadəsinə verildiyini, təsərrüfatların işıq, qaz, içməli su və suvarma suyu ilə tam təmin olduğunu və 640 yerlik yeni məktəb binasının tikildiyini xüsusi vurğulayaraq ölkə başçısına minnətdarlıqlarını bildirmişlər. 

Qəbulda iştirak etmiş kənd sakinləri tərəfindən qaldırılmış məsələlər yerində aidiyyəti təşkilatların məsul işçiləri ilə müzakirə olunmuş və onlara məsələlərin həlli istiqamətində işlərin görülməsi üçün müvafiq tapşırıqlar verilmişdir. Bundan əlavə İcra Hakimiyyətinin başçısı kənd ərazisində əkin sahələrinin növbəli əkin sisteminə keçirilməsini qeyd etmiş, əhali üçün real gəlir mənbəyi olan pambıqçılığın inkişaf etdirilməsi üçün müvafiq tövsiyələr vermişdir.

Keçidlər