Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunun Pirsaat qəsəbəsində səyyar qəbul-görüş keçirildi.

07 fevral 2020 | 16:00

07 fevral 2020-ci il tarixində Hacıqabul rayonunun Pirsaat qəsəbəsində səyyar qəbul-görüş keçirildi. Qəbulda İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət təşkilatlarının rəhbərləri iştirak edib. Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov son illərdə iqtisadiyyatın davamlı inkişafına, əhalinin məşğulluğunun artırılmasına və ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına yönəlmiş kompleks tədbirlərlə bağlı ətraflı çıxış edərək bildirib ki, ölkəmizdə hal-hazırda həlli vacib sayılan məsələlər sırasında regionların sosial-iqtisadi inkişafına yönəldilmiş dövlət proqramlarının reallaşdırılması məsələsi mühüm yer tutur.

Həyata keçirilən regional inkişaf tədbirlərinin nəticəsi olaraq Hacıqabul rayonun da inkişaf edərək günü-gündən müasirləşdiyini bildirmişdir. Qəsəbə sakinləri ərazidə olan bir çox sosial problemlərin həlli istiqamətində işlərin görüldüyünü və bu istiqamətdə işlərin davam etdirildiyini qeyd etmişlər. Sakinlər qəsəbədə müasir tələblərə cavab verən yeni məktəb binasının tikildiyini, elektrik təsərrüfatının yenidən qurularaq müasir SMART-kart tipli sayğacların quraşdırıldığını, təsərrüfatların fasiləsiz mavi yanacaqla təmin edilməsini və magistral yoldan qəsəbə mərkəzinə gedən yolun əsaslı təmir olunmasını qeyd etmişlər və görülmüş işlərə görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildirmişlər.

Qəbulda sakinlər tərəfindən onları narahat edən məsələlərlə bağlı verilən suallar Hacıqabul rayon İcra Hakimiyyəti başçısı Rüstəm Xəlilov tərəfindən ətraflı cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Keçidlər