Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunun Talış kəndində səyyar qəbul-görüş keçirildi.

21 fevral 2020 | 16:00

21 fevral 2020-ci il tarixdə rayon İcra Hakimiyyəti başçısının rayonunun Talış kəndində növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Tədbirdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri iştirak etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək respublika Prezidenti cənab İlham Əliyev tərəfindən ölkə əhalisinin qaldırdıqları problemlərin, sakinləri narahat edən sosial məsələlərin həllinin diqqət mərkəzində saxlanıldığını, ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşlarımızın rahatlığı və sosial vəziyyətinin yaxşılaşdırılması məsələsi olduğunu qeyd etmişdir. 

Kənd sakinləri sosial problemlərin həlli istiqamətində problemlərin həll olduğunu bildirərək, Talış kəndinə magistral yoldan gələn əsas yolun tikilərək kənd sakinlərinin istifadəsinə verildiyini, təsərrüfatların işıq, qaz və suvarma suyu ilə tam təmin olduğunu vurğulayaraq ölkə başçısına minnətdarlıqlarını bildirmişlər. 

Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Keçidlər